İllərdir həsrətini çəkdiyimiz LAÇIN

20:24 03-08-2021 | icon 460 | Qarabağ
İllərdir həsrətini çəkdiyimiz LAÇIN

Düşmən heç vaxt bu torpaqların sahibi olmayıb

 

Bu dəfə yolumuz Laçınadır. O Laçına ki, 30 ilə yaxın erməni vəhşiliyinin, erməni vandalizminin qurbanı olub.

 

Yol boyu düşmənin işğal dövründə törətdiyi dağıntı izləri görünür. Nəhayət, Laçına çatırıq. Bizi dağılan evlər, xarabalığa çevrilən yaşayış məskənləri qarşılayır.

 

Düşmən burada daşı-daş üstə qoymayıb. Gördüklərimizdən ürəyimiz ağrısa da, təsəllimiz var. Laçınla bərabər neçə-neçə şəhərimiz, rayonumuz işğaldan azad olunub, illərlə həsrətini çəkdiyimiz torpaqlar düşmən tapdağından təmizlənib, bura tarixi sahibləri qayıdıb. Torpağı öpənlər də məhz onlardır.

 

İstər Laçında, istərsə də Qarabağın işğaldan azad olunan digər şəhər və rayonlarında gördüklərimiz bir daha təsdiq edir ki, düşmən heç vaxt bu torpaqların sahibi olmayıb.

 

Yağmalanan, dağıdılan evlər məhz bizimdir. Buraların cənnətə çevrilməsinə isə lap az qalıb. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür