İmmun xəstəliklərindən necə qurtulmaq olar?

11:20 04-08-2021 | icon 992 | Sağlamlıq
İmmun xəstəliklərindən necə qurtulmaq olar?

Nərminə Abbasova: “Xəstəliyi törədən bakteriya və viruslar orqanizmdən xaric olsalar da...”

 

İmmun sistemi – xeyli sayda immun hüceyrələri və digər müdafiəçiləri olan yüksək döyüş qabiliyyətli bir "ordudur". Bu döyüşçülərdən ən məşhurları limfositlərdir.

 

Mövzudan da bəlli olduğu kimi, bu gün ailə həkimimiz Nərminə xanım limfositlərdən bəhs edəcək.

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, limfositlər hələ uşaq ana bətnində olarkən xüsusi hazırlıq keçerək “özününkü” olmayanları, yəni bakteriyaları, virusları, yad hüceyrələri “özününkülərdən” – yəni hüceyrələrdən, toxumalardan, orqanizmin öz molekullarından ayırmağı öyrənirlər:

 

“Ancaq əfsuslar olsun ki, immun sisteminin döyüşçüləri arasında orqanizmin öz hüceyrələrinə hücum edən "satqınlar" da olur. Onlar autoimmun (“auto” – özünükü, şəxsi sözündəndir -red.) və ya autoreaktiv hüceyrələr adlanır. İmmun sisteminin əsas vəzifələrindən biri belə "satqınları" izləyərək onları məhv etməkdən ibarətdir. Ancaq bunu etmək heç də hər zaman mümkün olmur”.

 

Həkim-terapevt qeyd etdi ki, əgər autoimmun hüceyrələr immun sisteminin nəzarətindən çıxarlarsa, onlar orqanizmin öz toxumalarını məhv etməyə başlayırlar ki, bu da insulindən asılı şəkərli diabet, revmatoid artrit və s. kimi avtoimmun xəstəliklərinin yaranmasına səbəb olur:

 

“Digər halda isə bu hüceyrələr orqanizmin öz toxuma və molekullarına qarşı anticisimlər hazırlayırlar ki, bunun da nəticəsində yayılmış skleroz, qırmızı qurd eşənəyi və sair kimi xəstəliklər yaranır. Ümumilikdə 80-dən artıq autoimmun xəstəlik növləri məlumdur”.

 

QEYD: Autoimmun xəstəlikləri bunlardır:

 

miasteniya (bədənin müxtəlif əzələləri zədələnir);

 

Şeqren sindromu (tüpürcək vəziləri, qara ciyər, qalxanvari vəzi, böyrək hüceyrələri zədələnir);

 

autoimmun trombositopeniya (trombositlərin sayının azalması);

 

sklerodermiya (ürək, dəri, böyrək və ağ ciyər hüceyrələri zədələnir);

 

insulin asılılıqlı şəkərli diabet (mədəaltı vəzinin hüceyrələri zədələnir);

 

revmatoid artrit (oynaqların birləşdirici toxumaları zədələnir);

 

diffuz toksik zob (qalxanvari vəzi hüceyrələri zədələnir);

 

qurd eşənəyi sistem xəstəliyi (dəri, oynaqlar, ürək, ağ ciyərlər, böyrəklər zədələnir);

 

autoimmun hemolitik anemiya (qan hüceyrələri zədələnir);

 

yayılmış skleroz (mərkəzi sinir sisteminin hüceyrələri zədələnir);

 

vitiliqo (dəri hüceyrələri zədələnir) və s.

 

 

Nərminə xanım vurğuladı ki, autoimmun xəstəliklərin yaranması mexanizmi hələ tam öyrənilməyib:

 

“Məlumdur ki, autoimmun xəstəliklərinin səbəbi immun sisteminin bütün funksiyalarının və ya onun ayrı-ayrı komponentlərinin pozulmasıdır. Məsələn, qırmızı qurd eşənəyi sistem xəstəliyinin, miasteniyanın və ya diffuz toksik zobun inkişaf etməsində “günahkar” - öz funksiyasını kifayət dərəcədə yerinə yetirə bilməyən T-limfositlər-supressorlardır. Normal halda bu limfositlər immun cavabı tormozlayaraq, onun inkişaf edərək orqanizmin özü üçün təhlükə törədə biləcək həddə çatmasına imkan vermir. Sklerodermiya zamanı T-xelper-limfositlərin aktivliyinin anormal şəkildə artması nəticəsində orqanizmin immun cavabı xeyli dərəcədə güclü olur və orqanizmin özünü də dağıtmağa başlayır”.

 

Həkim deyir ki, bu və ya digər autoimmun xəstəliklərinin heç birinin yaranmasının səbəbləri indiyə qədər də alimlər tərəfindən dəqiq öyrənilməyib:

 

“Ancaq o da məlumdur ki, bir sıra həm xarici, həm də daxili zərərli faktorlar onların inkişaf etməsinə təkan verə bilər. Belə faktorlardan bəzilərini nəzərinizə çatdırmaq istərdim. Məsələn, Genetik meyilliliyin olması. Əgər sizin yaxın qohumlarınız arasında yayılmış sklerozu olan xəstə olarsa, bu halda sizin bu xəstəliyə düçar olma riskiniz 20-50% təşkil edir.

Digər faktor isə İnfeksion xəstəliklərdir. Hamıya məlumdur ki, istənilən xəstəlik immun sisteminin aktivləşməsinə, qoruyucu reaksiyalar "zəncirinin" işə düşməsinə səbəb olur ki, onlar da viruslara yoluxmuş hüceyrələri və ya bakteriyaları məhv etməyə başlayırlar. Ancaq bəzi hallarda belə xəstəliklərə cavab olaraq yaranan immun reaksiya sonradan dayanmır. Bu zaman anormal bir vəziyyət yaranır – xəstəliyi törədən bakteriya və viruslar orqanzmdən xaric olsalar da, immun sistemi işləməkdə davam edir. Nəticədə orqanizmin normal hüceyrələrindən azca da olsa, fərqlənən öz hüceyrələri də onun hədəfinə çevrilir.

Sadə şəkildə bunu belə təsəvvür etmək olar: məsələn, qrip xəstəliyinin kəskin dövründə virus hər zaman ürək əzələsi hüceyrələrinə, qığırdaq toxumasına, qan hüceyrələrinə daxil olaraq, onlarda öz bioloji izini qoya bilir. Viruslarla mübarizəyə qarışan immun sistemi, bu hüceyrələri də “yad” hüceyrələr kimi qəbul edərək onları, bunula yanaşı olaraq, ürək, oynaqlar, böyrəklər və qanı da dağıtmağa başlayır. Nəticədə qrip keçirmiş insanda miokardit, artritlər - oynaqların zədələnməsi, qan xəstəlikləri və ya nefrit - böyrək xəstəliyi kimi xəstəliklər də inkişaf edə bilər”.

 

Həkim bildirdi ki, elə infeksiya törədiciləri vardır ki, onlar qaraciyərin, mədəaltı vəzinin və ya qalxanvari vəzinin hüceyrələrini zədələyir. Onun sözlərinə görə, belə hallarda həmin orqanların autoimmun xəstəlikləri - qara ciyər sirrozu, diabetin müxtəlif formaları, zob inkişaf edir:

 

“Viruslar baş beyin qişalarını, görmə orqanlarını, dəri hüceyrələrini və sair toxumaları zədələmiş olarsa, immun sisteminin anormal işləməsi nəticəsində yayılmış sklerozuveitlərpsoryaz və digər xəstəliklər də inkişaf edə bilər.

Məlumat üçün deyim ki, metallurgiya, neftayırma və kimya sənayesi olan iri şəhərlərdə yaşayan əhali arasında autoimmun xəstəliklərinin səviyyəsi kənd yerlərində ekoloji təmiz şəraitdə yaşayanlara nisbətən daha yüksək olur.

Eyni zamanda, insanlar günəş altında normadan artıq dərəcədə “qaraldıqda”, həmçinin radiasiyanın təsirinə məruz qaldıqda onların orqanizmində olan normal maddələr öz qurluşunu dəyişə bilər. Bu halda, orqanizmin immun sistemi həmin dəyişilmiş maddələri yad substansiya (maddə) kimi qəbul edərək onlarla mübarizəyə başlaya bilər.

Onu da deyim ki, bəzi dərmanlar məsələn, penisillin eritrositlərlə, yəni qırmızı qan hüceyrələri ilə birləşirlər. Ona görə də orqanizmin immun sistemi bu hüceyrələri “yad” antigenlər kimi qəbul edərək onlara hücum edir.

Və ən əsası, balanslaşdırılmamış qidalanma - yüksək kalorili pəhriz, qidada kifayət qədər sellülozun olmaması – yaxın qohumlarında şəkərli diabet olan insanlarda insulin asılılıqlı şəkərli diabetin yaranmasına səbəb ola bilər”.

 

Həkim-terapevt bildirdi ki, bəzi autoimmun xəstəliklər müəyyən bir müddət keçdikdən sonra qəflətən başladıqları kimi, qəflətən də öz-özünə keçib gedə bilərlər. Anacaq əksər hallarda, onlar xroniki hala keçərək insanın bütün ömrü boyu müalicə tələb edir.

 

Bəs, immun xəstəliklərindən necə qurtulmaq olar? Nərminə xanımın sözlərinə görə, digər xəstəliklər kimi bu xəstəliklərdən də heç kim sığortalanmayıb:

 

“Ancaq yaxın qohumlarında autoimmun xəstəliklər olan insanlar bu təhlükəyə daha çox məruz qalırlar. İrsən ötürülən risk - xəstəliyin özü yox, ona meyilliliyin olmasıdır. Xəstəliyin yaranması üçün müvafiq şərait yarandığı halda, bu meyllilik, xəstəliyin özünə çevrilə bilər. Ona görə də, ailələrində autoimmun xəstəliklər olan şəxslər bu xəstəliklərin profilaktikasına əməl etməlidirlər: kəskin və infeksion xəstəliklər vaxtında və düzgün müalicə olunmalı, zərərli adətlərdən imtina etməli, düzgün qidalanmalı, stresdən uzaq olmalıdır”.

 

Nərminə xanım deyir ki, hər bir həkim-terapevt öz təcrübəsində, cavan kişi və qadınların xəstəlik tarixlərində, müalicə olunmayan və ya yarımçıq müalicə olunan infeksion xəstəliklərdən sonra onların başında, dərisində, qara ciyərində, oynaqlarında anlaşılmaz problemlərin yaranması kimi halları müşaiyyət edir:

 

““Sadəcə olaraq bir qədər soyuqlamışam” deyərək, bir çox hallarda xəstə ola-ola, hərarətin yüksək olmasına baxmayaraq işə çıxırıq. Bunun nəticəsi olaraq bu xəstəlikdən sonra bir dəstə fəsadlar, məsələn, otit, tonzillit, bronxit və sair almış oluruq. Belə fəsadlardan biri də autoimmun xəstəlik ola bilər. Hazırda ən çox yayılmış autoimmun xəstəliklərdən biri hesab olunan - revmatoid artrit bir çox hallarda məhz angina xəstəliyi keçirdikdən sonra yaranır. Əgər soyuqdəymədən tamamilə sağalmamış uşağı valideynləri uşaq bağçasına və ya məktəbə göndərirlərsə və bu zaman ona hər hansı bir infeksion xəstəliyə qarşı profilaktik peyvənd və ya vaksin də vururlarsa, bu daha da acınacaqlı nəticələrə gətirib çıxara bilər. Bu halda autoimmun xəstəliyin inkişaf etməsi ehtimalı dəfələrlə artır”.


Həkim qeyd etdi ki, hər kəs həm özünün, həm də uşaqlarınıın orqanizminə çox ehtiyatla yanaşmaqla risk faktorlarını və orqanizmin imkanlarını düzgün qiymətləndirməlidir. Onun sözlərinə görə, Bu halda, digər xəstəliklərlə yanaşı autoimmun xəstəliklərin inkişaf etmə ehtimalı azalmış olur.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova İmmun sistemi xəstəliklərindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI