"Vaksinasiya olunan ağ, olunmayan qara adamdır?”

14:36 04-08-2021 | icon 1013 | Sağlamlıq
"Vaksinasiya olunan ağ, olunmayan qara adamdır?”

Pandemiyada Avropa və Qərb demokratiyası necə göründü?

 

Çindən başlayaraq dünyaya yayılan Covid-19 pandemiyası Avropa, Qərb dəyərlərini və əslində dünya güclərinin insan hüquq və azadlıqlarına olan ikili münasibəti bir daha ortaya qoydu. Pandemiya xəstəlikləri ortaya çıxarmaqla həm canları aldı, həm də insanların azadlığını, haqlarını... Əslində Avropanın haqqın müdafiəçisi kimi tanınan beynəlxalq qurumların Azərbaycana, Azərbaycan insanına qarşı sərgilədiyi ikibaşlı münasibətini biz Qarabağın işğalı prosesindən keçən 30 il müddətində daha yaxşı görə bildik. Erməni virusu ilə üstümüzə gələn bu ikili münasibət bu gün də davam edir. Dünyanın gücləri insanları bir yandan Covid-19 qorxusu ilə buxovlayır, bir yandan da regionda öz istədikləri gücü tətbiq etməkdə öz məqsədlərini, maraqlarını davam etdirirlər.


Bu gün Azərbaycan cəmiyyəti də Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı irəli sürülən qapanma tələbini yerinə yetirmək məcburiyyətindədir. Uzun müddət ictimai yerlərdə tələb olunan qapanma və saxlanan məsafələrdən savayı toy və yas mərasimlərinə qadağalar və önə çəkilən şərtlərin yerinə yetirilməsi ilə bağlı yaranan çətinliklər, cərimələrin tətbiqi, xüsusilə də vaksinasiya prosesinin məcburi hal alması cəmiyyətdə narahatlıq doğurmaqla yanaşı davam edir. Hər kəs də bir sual var: əgər vaksiyansiya könüllüdürə, nəyə görə bununla bağlı insanlara məhdudiyyətlər qoyulur. Vaksin olunmayanlara işdə, ictimai yerlərdə sərbəst hərəkəti üçün maniələr yaradılır. Bir sözlə insan covidlə bağlı heç də könüllü qərara verə bilmir və bu da ÜST-ün tələblərindən biridir.

 

Pandemiyanın cəmiyyətdə yaratdığı problemlər və onun insan haqlarının pozulmasındakı rolu barədə ortaya çıxan məqamlara diqət yetirək.

 

 

 

 

 

“İnsanlar psixoloji gərginlik keçirir”

 

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, pandemiya ilə bağlı cərəyan edən prosesdə ən böyük problem insanların doğru-düzgün maarifləndirilməməyi və müxtəlif şərtlərlə çaşdırılmasıdır.

Onun fikrincə, pandemiyanın təhlükəli ərəfəsi geridə qalsa da, indi də insanlar qorxudulur və bu hissin altında əksər hallarda aldadılırlar:

“Xəstəlik başlayandan haray salmışam ki, ölkədə maarifləndirmə işi düzgün aparılmalı, kompleks tədbirlərin həyata keçirilməsi lazımdır ki, bu xəstəlik ölkədə yayılmasın. Konkret olaraq modellər təklif etmişdim. Amma görünür bu ölkədə sosioloqun kim olduğunu yaxşı başa düşə bilmirlər. Xəstəliyin qarşısını almaq olardı və bir ay qabaq xəstəliyin qarşısı alınmışdı. Maariflənmə, qadağalarla yanaşı, eyni zaamanada məsul qurumlar tərəfindən də addımlar atılmalıydı ki, bu xəstəlik artmasın. Toylara açıq havada icazə verilməli idi. Kiminsə xatirinə, hansısa şadlıq saraylarının xeyrinə qayıdıb təzədən qapalı yerlərdə tədbirlər keçirməli deyildilər. Bizim məqsədimiz o idi ki, biz gənclərin ailə qurmasına imkan yaradaq. Toyları açıq havada daha təmtəraqlı eləmək olardı. Camaat da çox xərcə düşməzdi. Amma heç kəs bunu vecə almır. Elə bilirlər ki, kim nə istəyir edəcək, sonra da deyəcəklər ki, “ayıbdır, bizdə xəstəlik yayılmayıb”. Axı bilmək lazımdır ki, bu xəstəliklə zarafat eləmək olnaz. Yenə salıblar qapalı məkanlara tədbirlər keçirirlər, sonra təəccüb edirlər ki, xəstələlrin sayı niyə artıb. Ona görə ki,sən insanları qorumursan, maarifləndirməni düzgün aparmırsan. Eləcə də din xadimləri başlarını salıb aşağı donquldanırlar, amma yas mərasimləri ilə bağlı maarifləndirmə aparmırlar. Sən lazımı işləri görsən bu ölkədə xəstəlik bu qədər artmaz. Lazımi işləri görmürlər, sonra da deyirlər ki, bu xəstəlik niyə çoxalıb. Çoxalanda da belə sərt addımlar atırlar”.

Sosioloq bu gün pandemiyanın yayılması ilə bağlı tədbirlərdən çox, ictimai yerlərdə qapanma və məhdudiyyətin pozulması və cərimələnmələrə daha çox diqqət ayrıldığını deyib. Onun fikrincə, pandemiyanın qarşısını sivil qaydada almaq mümkün olduğu halda, bunu etmədən camaatı peyvəndləməyə məcbur edirlər:

“Artıq Coronavirus il yarım əvvəl olduğu qədər təhlükəli deyil. Artıq həkimlər də bilir ki, bu xəstəlik nədir, camaat da bilir necə qorunmalıdır. Sadəcə olaraq ölkədə bu istiqamətdə qayda -qanun, qorunma texnologiyasını düzgün qurmaq lazımdır. Bir şeyi ki, onun qarşısını normal qaydada almaq olar, onu eləmirsənsə xəstəlik çoxalacaq. Çoxalanda da ayrı yol yoxdur gərək peyvəndə yol açasan”.

Sosioloq digər tərəfdən də peyvəndlənmə haqqında meydana çıxan ziddiyyətli fikirlərin də insanları çaşdırmasına və narahatlığın yaranmasına təsirini qeyd edib:

“Bir tərəfdən deyirlər ki, peyvənd olunun, o biri tərəfdən də deyirlər ki, peyvənd olunsanız da ehtiyatlı olun. Yaxud deyirlər ki, peyvənd olunandan 6 ay sonra vaxtı qurtarır. Peyvənd haqqında da insanlarda müfəssəl məlumat yoxdur. İnsan haqlarından danışan Avropa, Qərb bu virusla bağlı önə çəkdiyi şərtlərlə özü insan haqlarını pozur. Ona görə ki, bu barədə dünyanın özünün də müfəssəl proqramı yoxdur”.

Ə.Qəşəmoğlu dünya ilə paralel olaraq insanların bu prosesin Azərbaycanda daha pis variantla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həkimə gedirsənsə mütləq o peyvəndi sənə vururlar:

Sanki həkimlərdən bir statistika tələb olunur. Vətəndaşın hansı yan xəstəliyinin olub-olmadığını yoxlamadan say artırmaq üçün vaksin vururlar. Üstəlik sevinirlər ki, biz daha çox vaksin vurduq. Bu olmaz. Adamlar tanıyırıq ki, o adama vaksin olmaz, amma vurublar daha pis vəziyyətə düşüb. O biri tərəfdən nə qədər adam saxta vaksin olunma ilə pasport alıb. Yaxud kimlərsə hansısa şərtlərlə məcbur edilib və o da qorxa-qorxa vurdurub. Xoşagəlməz vəziyyət yaranıb. Aydın olmayan bir proses var. Koronovirusa qarşı ciddi iş qurulmalı. Cəmiyyət getdikcə mürəkkəbləşir. İndi maariflənməni elmi əsaslarla aparmaq lazımdır. Vaksinasiya ilə bağlı aydın mexanizm olmalıdır. İnsanlar görməlidirlər ki, peyvənddən əvvəl yoxlanırlar, yanaşma düzgündür. Bu olmadığı üçün insanlar psixoloji gərginlik keçirir”.

 

 

 

“Belə çıxır ki, kim vaksinasiya olunub ağ adamdır, kim olunmayıb qaradır”

Hüquq müadafiəçisi Səidə Qocamanlı bildirib ki, Avropa haqları, demokratiya deyilsə də, həmin o Avropa gözümüzün qarşısında insan haqlarını pozur:

“Bu gün Pandemiya ilə bağlı hər bir insan bu haqsızlıqla üzləşir. Baxmayaraq ki, bu insanın istəyi ilə olmaldır, hamını vaksin olunmağa məcbur eliyirlər. Hamını işdən “qovurlar” ki, gedib vaksinasiyadan keçsinlər. əslində isə, beynəlxalq insan haqqları deklorasiyası var və o deklarasiyanın 1-ci bəndində deyilir ki, bütün insanın eynidilər. Amma belə çıxır ki, kim vaksinasiya olunub ağ adamlardır, kim olunmayıb qaradır. Vaksinasiya ilə bağlı elə problemlər yaranıb ki, onların hamısını həll eləmək lazımdır. Bir tərəfdən deyirlər ki, vaksinasiya olunmaq insanların öz istəyinə bağlıdır, bir tərəfdən də məcbur edirlər. Bəlkə insan xəstədir bu ona fəsadalar verə bilər”.

S.Qocamanlı bildirib ki, bu gün elə bir zaman gəlib ki, demokratiyadan danışmaq lazım deyil:

“Demokratiyanı elə beynəlxalq ictimaiyyət pozur. 30 il Amerikada, Avropada demokratiyanın dərslərini keçmişik, amma görürük ki, bu demokratiyanın əks tərəfləri də var”.

 

 

 

O zaman peyvənd vurdurmayanlara məhdudiyyətlər niyə qoyulur?”

 

AMİP sədrinin müavini Əli Orucov bildirib ki, vaksinasiyada tam qanunsuzluq, özbaşınalıq və sui- istifadə halları höküm sürür.

Onun sözlərinə görə, vaksinasiya polisə əlavə rüşvət və reketçilik üçün fürsət verib və bu fürsətdən də geninə boluna istifadə edirlər:

Əgər peyvənd könüllüdürsə, o zaman peyvənd vurdurmayanlara məhdudiyyətlər niyə qoyulur və müxtəlif qanunsuz metodlarla məcburetmə həyata keçirilir? Bütün bunlar cəmiyyəti daha da sıxmaq, əzməkdən başqa bir şey deyil. Günü- gündən cərimələrin arealı və məbləği genişləndirir. Soyhasoy yarışı başlayıb sanki. Azərbaycan toplumunun başı isə hələ Ermənistana və Paşinyana qarışıb”.


T.Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı