“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

09:41 17-11-2018 | icon 581 | Siyasət
“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

 

 

Sabir Rüstəmxanlı: “Milli dirçəliş günü tariximizin parlaq günlərindən biri kimi yaşayacaq”

 

 

Versus.Az-ın məlumatına görə, 17 noyabr Meydan Hərəkatından düz 30 il keçir. 1988-ci ilin məhz bu gününü tarixin yaddaşına “Dirçəliş günü” kimi salan meydan hərəkatı özünün uğur və uğursuzluqları ilə hər dəfə varaqlanır. Özünün əzəməti ilə bu gün də qürur hissi yaradan o meydan dalğasında öndə dayananlar hələ yaşayır və o tarixi-hadisəni süzgəcdən keçirirlər. Onlardan biri də Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazıçı, şair Sabir Rüstəmxanlı idi:

 

“O vaxt meydanda öndə çox adam yox idi. Meydanda iki nəfər idik - mən və Nemət Pənahlı. İndi əlbətdə ki, özünü meydan lideri sayanlar çoxdur, amma faktiki olaraq meydanı 18 gün iki nəfər idarə eləmişik.

O tarixi hadisədən 30 il keçir. Daha 30 il, yaxud 1 əsr də keçəcək. Amma o hadisə - milli dirçəliş günü bizim tariximizin parlaq günlərindən biri kimi yaşayacaq. Mən onu 20-ci yüz il Azərbaycan tarixinin ən zirvə nöqtələrindən biri hesab edirəm. 1918-ci ilin 28 may, Azərbaycan Cümhuriyyətinin elan edildiyi günlə yanaşı, 17 nöyabrı ən yüksək dəyərə sahib bir gün hesab edirəm və belə də qalacaq. Onun bayram günü kimi eyd olunub olunmamağının fərqi yoxdur. Həmin tarix təqvimin yaddaşında dirçəliş günü kimi qalıb. Çünki 1 milyon insanı bir yerə yığan, insanları bir yumruğa döndərən tarix unudulmaz. Mən sevinirəm ki, həmin gün o meydanda olmuşam. 1988-in fevralında mitinqlər başlayanda da mitinqlərin çoxunda mən çıxış eləmişdim. 17 noyabr isə tamam  fərqli bir gün idi. O zaman elələri var idi ki, onlar bu meydanın dağılıb gedəcəyini düşünürdülər. Amma bu dalğa davam elədi və təxminən 18 gün ərzində bütün respublikanı ayağa qaldırdı, televiziya ilə translasiya olundu, qonşu respublikalardan meydana qatılanlar oldu. Meydan Azərbaycan tarixinin, bütün dərdlərini dilə gətirdi, milli ideyaları camaatın beynində oyatdı. İndiki situasiya ilə müqayisə edəndə meydan hərakatına qoşulan o insanların azadlıq ruhuna heyran qalmamaq mümkün deyil”.

 

S.Rüstəmxanlı bildirib ki, Meydan hərəkatı ermənilərin teatr meydanında başladığı mitinqə və torpaq iddialarına cavab olaraq başladı. Nəticə etibarilə milli azadlıq hərəkatına çevrildi və millətin başqa dərdlərini də dilə gətirdi:

 

“Meydan hərəkatı Qarabağa olan erməni iddialarına etiraz olaraq yarandı. Amma sonra biləndə ki, Moskva, Rusiya sovet ordusu İrəvana yox, məhz Bakıya yeridilir və Moskvanın Mərkəzi hakimiyyəti erməniləri müdafiə edir, bu milli azadlıq hərakatına çevrildi. Nəticə etibarilə SSRİ-nin dağılmasında həlledici amillərdən birinə çevrildi. O meydanın nəticəsi müstəqillik idi. Amma Rusiya və sovet tərəfi Ermənistanı müdafiə etdiyinə görə müstəqilliyin qarşısını almaq üçün Qarabağda xüsusi idarə yaradıldı, Qarabağ ermənilərə verildi. Bu, meydan hərəkatının günahı deyildi. Meydan hərakatından əvvəl Moskva erməniləri bunu söz vermişdi.

Müstəqilliyin də problemləri var - hakimiyyət davaları, meydan dağılandan sonra heç kəs bir araya gəl bilmədi, bunlar ayrı məsələlərdir. Onun meydana aidiyyatı yoxdur”.

 

S.Rüstəmxanlı Qarabağ Komitəsinin Qarabağın naminə yenidən meydan hərakatını canlandırmaq ideyasını müsbət qarşılayıb:

 

“Meydan xalqın toplandığı yerdir. Xalqın bir araya gəlməsi həmişə lazımdır. İstnilən vaxt yığışıb sözünü deməsi onun konstitusiya hüququdur. Hakimiyyət xalqındır və onun hər hansı bir narazılığı varsa, yığışıb öz sözünü deyə bilər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür