Yanğının meşəyə keçməsinin qarşısı alınır

19:03 05-08-2021 | icon 214 | Cəmiyyət
Yanğının meşəyə keçməsinin qarşısı alınır

“Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısı alınır”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

O qeyd edib ki, həmin ərazidə kol-kos yanır:

 

“ETSN-in, Fövqəladə Hallar Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısını alınır. Vətəndaşlara müraciət edirəm ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Ani ehtiyatsızlıq və etinasızlıq dəhşətli fəlakətə səbəb ola bilər.

 

Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində, meşələrdə yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlı qursaq, yarana biləcək belə fəlakətlərdən qurtularıq”.

 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

Ramin Bayramlı istefa verdi

İki rayona yeni icra başçısı təyin edildi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi