Arterial təzyiq davamlı yüksək olarsa, o zaman...

10:17 10-08-2021 | icon 795 | Sağlamlıq
Arterial təzyiq davamlı yüksək olarsa, o zaman...

Nərminə Abbasova: “Arterial təzyiqin müalicəsi hər zaman həkim nəzarəti altında aparılır”

 

“Arterial təzyiq xəstəliyi ürək-damar sisteminin ən geniş yayılmış xəstəliyindən biridir. Adətən arterial təzyiqi xəstəliyi uzun illər tədricən inkişaf edir. Patoloji prosesin hiss olunmadan inkişaf etməsi orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir”.


Bunu Versus.Az-a Arterial təzyiq xəstəliyindən danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirib.

 

Nərminə xanım bildirdi ki, arterial təzyiq xəstəliyinin müalicəsini onun ilkin inkişaf mərhələsində gecikdirmək olmaz:

 

“Çünki sonradan müalicəyə daha çox vaxt və maddi vəsait sərf etməli olacaqsınız. Xəstələr bilməlidirlər ki, müalicə almadıqda insult, miokard infarktı, gözlərin torlu qişasının, böyrəklərin və digər həssas orqanların zədələnməsi kimi ağır fəsadların hədəfi ola bilərlər. Arterial təzyiqi tibi praktikada müalicəvi əhəmiyyəti çox yüksək olan dərman preparatların köməyi ilə nəzarətdə saxlamaq mümkündür. Fəsadları aradan qaldırmaq, xəstəliyi tam olaraq müalicəyə tabe etmək çətin deyil. Arterial təzyiqin müalicəsi hər zaman həkim nəzarəti altında aparılır. Arterial təzyiq sabitləşdirilir, ağırlaşmaların qarşısı alınır, zədələnmiş orqanlar bərpa olunur, xəstənin həyatı mümkün qədər uzadılır. Arterial təzyiq xəstəsi olanlar əvvəl fundamental, sonra isə profilaktik müalicə almalıdır. O zaman digər sağlam insanlar kimi normal həyatını yaşayıb ciddi problemlərlə üzləşməyəcəklər”.


Həkimin sözlərinə görə, davamlı yüksək təzyiqin yaratdığı fəsadlar bəzən o dərəcədə ağır olur ki, müalicə almayan xəstə həyatını ani olaraq itirə bilir. Arterial təzyiqinin müalicəsi ilk növbədə mövcud ağırlaşmalara qarşı yönəldilməlidir ki, xəstə potensial təhlükədən uzaqlaşa bilsin. Arterial təzyiqi isə nəzarətə götürmək çətin deyil:


“Faktiki olaraq arterial təzyiq xəstəliyi uzun illər qazandığınız bir xəstəlik olsa da, onunla mübarizə aparmağa dəyər. Məhz ona görə ki, mübarizə apardığınız bir günün dəyəri əlavə həftələr və aylar yaşamaq deməkdir.

Arterial təzyiq bir xəstəlik kimi ilkin inkişaf mərhələsində xəstəni ciddi narahat etmir. Bu səbəbdən xəstə düşünür ki, bir-iki dərman qəbul edərəm xəstəliyim keçib gedər. Bu, yanlış qərardır, mütləq həkimə müraciət edin.

Xəstə bilməlidir ki, təkcə arterial təzyiqi aşağı salan dərmanlar qəbul edib müalicə olunmaq mümkün deyil. Vaxt uzandıqca arterial təzyiq patoloji qalxmağa davam edəcək. Arterial təzyiq xəstəliyinin müalicəsi zamanı zədələnmiş və funksional işini qismən itirmiş orqanların bərpası üçün nəzərdə tutulmuş dərmanlar mütləq təyin olunur. Həmçinin ürək-damar, endokrin və mərkəzi sinir sistemlərin fəaliyyəti ilə bağlı təyinat verilir. Məhz kompleks şəklində tətbiq olunan müalicə üsulu effektli nəticə verə bilər. Ona görə də həkimdən arterial təzyiqi aşağı salan bir dərmanı təyin etməsini istəməyin! Arterial təzyiq xəstəliyi diaqnozu qoyulmuş xəstələrin arterial təzyiqini birdən-birə çox aşağı salmaq olmaz! Bu prosesi tədricən həyata keçirtmək lazımdır ki, orqanizm təzyiqin dəyişməsinə uyğunlaşa bilsin”.


Nərminə xanım xəbərdarlıq etdi ki, həkim məsləhəti olmadan arterial təzyiqi aşağı salan dərman preparatlarının dozasını dəyişmək olmaz! Çünki dərmanın dozası artırılarsa, arterial təzyiq kəskin düşə bilər. Yaxud dozasını azaltdığınız halda təsiri zəifləyəcək. Onun sözlərinə görə, intensiv müalicə dövründə ciddi səbəb olmadan arterial təzyiqin səviyyəsinə təsir göstərən dərmanların qəbulunu dayandırmaq olmaz. Dərman qəbulundan bir müddət sonra səhhətdlə bağlı narahatlıq hiss ediləndə isə dərhal bu barədə həkimə məlumat verilməlidir.

 

Arterial təzyiq xəstəliyinin əlamətlərindən bəhs edən Nərminə xanım qeyd etdi ki, arterial təzyiqin patoloji yüksək qalxması adətən sağlam insanın səhhətinə mənfi təsirini dərhal göstərir və o, insan özünü narahat hiss etməyə başlayır:


“Bəzən sinirləri zəif olan insan gərgin bir situasiyaya düşən kimi, arterial təzyiqi patoloji olaraq qalxır. Amma bu heç də həmişə həmin insanın xəstə olması ilə əlaqədar olmur. Yalnız müntəzəm patoloji həddə qalxan arterial təzyiqi, xəstəlik əlaməti kimi qəbul etmək lazımdır. Bəzən xəstələr arterial təzyiqin patoloji qalxdığını və səhhəti ilə bağlı problemin olduğunu bilsələr də, çox zaman həkimə müraciət etmirlər. Səbəbi, narahatlıq doğuran məqamların güclü olmamasıdır.
Müşahidələr göstərir ki, xəstələrin az hissəsi vəziyyəti ciddi qəbul edib dərhal müalicə alır. Müalicə almayan xəstələrdə isə xəstəlik tədricən hədəf orqanların dərinliyinə nüfuz edir.
Arterial təzyiqi fasiləsiz yüksək olan xəstələr adətən tez yorulur, halsızlaşır, sinirləri gərgin və səs-küyə dözümsüz olurlar.

Hər xırda emosional gərginlik yaranan kimi narahatlıq hissi yaşayırlar. Fiziki aktivliyin düşməsindən, ümumi zəiflikdən, yuxusuzluqdan, başgicəllənmədən, baş ağrılarından şikayətlənirlər. Belə əlamətlərlə qarşılaşan xəstələr həkimə müraciət edəndə arterial təzyiqi mütləq ölçülür və çox zaman yüksək arterial təzyiq aşkarlanır”.

 

Həkim terapevt vurğuladı ki, arterial təzyiq xəstəliyinin ən çox özünü büruzə verən əlamətləri baş ağrılarıdır. Səbəb yaranan kimi müxtəlif intensivlikdə ağrılar peyda olur:


“Ağrılar əsasən ənsə, əmgək, gicgah, alın və boyun nahiyələrini əhatə edir. Xəstələr başgicəllənmədən, qulaqlarda yaranmış küydən şikayətlənirlər. Bəzi xəstələrin döş qəfəsinin arxasında ürək nahiyəsində ağrılar tapılır. Ağrıya adətən ürək fəaliyyətinin artması, gücə düşməsi səbəb olur və daha çox ürəyində problemi olan xəstələrdə baş qaldırır. Xəstələrin əksəriyyəti görmə qabiliyyətinin birdən zəifləməsini, gözlərinin önündə qığılcım, kölgələr və digər fotoeffektlərin peyda olduğunu söyləyirlər.

Daha ağır formalarda isə tor qişaya qan sıza bilir və gözdə qızartı əmələ gəlir. Dəfələrlə təkrarlanan qansızma nəticəsində görmə qabiliyyəti tədricən zəifləyir, hətta proses dərinləşərək tam korluğa gətirib çıxarda bilir”.

 

Həkim deyir ki, havanın dəyişməsi də baş ağrısına səbəb ola bilir və bu zaman meteohəssas xəstələr başda tapılan küt ağrılardan və yaxud ağırlıq hisslərindən şikayətlənirlər.

Bəziləri isə başın müxtəlif nahiyələrində sancı və ya deşici xarakterli ağrıların olmasını bildirirlər. Xəstəliyindən xəbərdar olan xəstələr adətən baş ağrılarının peyda olmasını arterial təzyiqin qalxması ilə əlaqələndirib dərhal dərman qəbul etməyə qərar verirlər:

 

“Çünki arterial təzyiqi ölçdükdən sonra çox zaman məhz yüksək təzyiqin şahidi olurlar. Baş ağrısının arterial təzyiqlə əlaqəsi yoxdursa, təzyiqi aşağı salan dərmanların qəbulundan sonra ağrılar qalmaqda davam edir.

Onu da nəzərə almaq lazımdır ki, heç də həmişə arterial təzyiq normallaşandan dərhal sonra baş ağrıları tamamilə çəkilmir. Ağrılar bir qayda olaraq tədricən yox olur. Bu kimi faktorlar sizi çaşdırmasın deyə arterial təzyiqi ölçmək məsləhət görülür.

Bəzən yalnız baş ağrıları arterial təzyiqin qalxmasına işarə olur. Bu səbəbdən xəstəyə məsləhət görülür ki, baş ağrıları peyda olanda arterial təzyiqi ölçsünlər. Amma mütləq deyil ki, arterial təzyiqiniz yüksək olsun. Ola bilər ki, ağrılar nevroloji xarakterlidir. Belə bir vəziyyətlə tez-tez üzləşirsinizsə, o zaman nevropatoloqa müraciət etməlisiniz”.

 

Nərminə xanım deyir ki, arterial təzyiq qalxanda bəzi xəstələrin burnundan qan açılır. Onun sözlərinə görə, xəstələrin əksəriyyəti qanın açılmasını adi bir hal kimi qəbul edirlər, hətta fikirləşirlər ki, xeyri var. Eyni zamanda, qanın burunun kapillyar damarlarından tez-tez açılmasının da öz fəsadları var:

 

“Nəzərə almaq lazımdır ki, müntəzəm qan itkisinə məruzqalma halları qanda hemoqlobinin miqdarının azalması ilə nəticələnə bilir. Fəsadlardan biri arterial təzyiq qalxan zaman orqanizmin oksigenə olan tələbatının artmasıdır. Məhz hemoqlobinin köməyi ilə oksigenin daşınması faktoru böhran zamanı çatışmazlığı ilə özünü büruzə verir. Nəticədə xəstə tez yorulur, halsızlaşır, ürəyində sıxıntı hiss edir - onu başgicəllənmə və ürək çatışmazlığı müşayiət edir.

Xəstələrin bir hissəsi yuxu rejiminin pozulması, əsəblərin gərgin olması və ürək nahiyəsində narahatlıq yaradan hisslərin artmasından şikayətlənirlər. Bəziləri ürək nahiyəsində qəfil tapılan ağrılardan qorxu hissləri keçirirlər. Amma arterial təzyiqi ölçdükdə nəticəsi heç də yüksək olmur. Belə bir vəziyyəti təcrübəli həkim dərhal qiymətləndirə bilir. Adətən belə hallar qlobal sinir gərginliyi və ürək-damar sistemində yaranmış spazmalarla bağlıdır. Bu zaman xəstələrin ürəyi dəqiqədə 90-130 dəfə döyünür”.


Həkim terapevt bildirdi ki, arterial təzyiq yüksək olan zaman psixoemosional, fiziki və zehni yükləmə baş ağrılarının güclənməsinə səbəb olur, xəstə diqqətini cəmləşdirməkdə çətinlik çəkir. Onun sözlərinə görə, alın, gicgah və əmgək nahiyələrində peyda olan ağrılar xəstəni müşayiət edir. Bu tip ağrılar ətrafların (ayaq və qolların) xırda damarları spazma məruz qalanda əmələ gəlir. Nəticədə baş beynin kapillyar damarlarında patoloji təzyiq artır:

 

“Elə xəstə var ki, arterial təzyiqi 140/90 mm civə st. səviyyəsində olanda, onu güclü baş ağrıları, başgicəllənmə, göz önündə qığılcım, tarazlığın pozulması, görmə qabiliyyətinin birdən məhdudlaşması və s. müşayiət edir. Digər xəstədə isə arterial təzyiqin səviyyəsi 220/140 mm civə st. çərçivəsində olmasına baxmayaraq şikayəti ciddi xarakterli olmur. Ona görə də yüksək təzyiqə öyrəşmiş xəstədə əlamətlər özünü qabarıq şəkildə büruzə verməyə bilər. Bu səbəbdən səhhətinizlə bağlı problemin olduğunu hiss edirsinizsə mümkün qədər tez arterial təzyiqinizi ölçün və ya ölçdürün ki, yüksək təzyiqin qurbanı olmayasınız. Çünki arterial təzyiqin çox yüksək olması kapillyar damarların yırtılması ilə nəticələnə bilər. Bu vəziyyət baş beynində baş verərsə, qansızmanın miqyası o qədər böyük ola bilir ki, xəstəni xilas etmək mümkün olmur. Ən yaxşı halda xəstənin bədəninin bir hissəsi iflic olur”.


Terapevt onu da qeyd etdi ki, arterial təzyiqin uzun müddət yüksək həddə olması fasiləsiz olaraq ürəyin gücə düşməsinə və onun sol mədəciyinin tədricən böyüməsinə səbəb olur.

Həkimin sözlərinə görə, bu, bir fakt olaraq arterial təzyiq xəstəliyinin uzun müddət inkişaf etdiyini sübut edən faktlardan biridir, rentgenoloji və elektrokardioqrafiya müayinəsi zamanı aşkarlanır:


“Arterial təzyiq xəstəliyi inkişaf etdiyi dövrdə damarların elastikliyi tədricən itkiyə məruz qalır və damardaxili təzyiqə qarşı davamlılıq yaranır. Gərgin fiziki aktivlik zamanı damarların qan ötürücülük qabiliyyəti kifayət etmir və xəstə oksigen aclığına məruz qalır, təngnəfəs olur, ürək döyüntüsünün sayı artır. Əvvəllər bu əlamətlər yalnız gərgin fiziki iş zamanı peyda olurdusa, sonradan cüzi fiziki və emosional gərginlikdən əmələ gəlir. Arterial təzyiqin davamlı yüksək xarakter alması sinir-endokrin sistemlərin funksional işinə qlobal təsir göstərir. Nəticədə əsəb sistemi həssaslaşır və cüzi həyəcan hisləri yaşayan an xəstənin ürək döyüntüsü patoloji həddə qalxır. Ətraflarda qan dövranının pozulması qismən soyumasına səbəb olur. Sonra birdən xəstəni şiddətli tərləmə bürüyür və üşütmə müşayiət edir. Dəridə solğunluqla əvəzlənən qızartı peyda olur. Bəzi xəstələri əksinə, istilik bürüyür, üz, boyun və ətraflarda qızartılar əmələ gəlir. Bəzən də xəstələr ciddi xarakterli, uzunmüddətli başgicəllənmədən və koordinasiya pozğunluğundan narahat olurlar”.

 

Həkim deyir ki, arterial təzyiq davamlı yüksək olarsa, o zaman böyrəklər funksional işini tədricən itirməyə başlayacaq. Xəstə bilməlidir, bir müddət keçəndən sonra bərpa olunmayan xroniki böyrək çatışmazlığı inkişaf edəcək.


 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Arterial təzyiq xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı