“Vilyareal” üçün ilk sınaq

11:08 11-08-2021 | icon 532 | İdman
“Vilyareal” üçün ilk sınaq

“Çelsi” tilsimi qıra biləcəkmi?

 

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək. 

 

Versus.Az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Uindzor Park Arena”da baş tutacaq qarşılaşmada İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyareal” klubları üz-üzə gələcək. 

 

Bakı vaxtı ilə 23:00-da başlanacaq oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

 

“Zadəganlar”ın heyətində heç bir itki yoxdur. “Vilyareal”da isə vəziyyət heç də ürəkaçan deyil. Yarımmüdafiəçi Samuel Çukvueze, Visente İborro zədə səbəbindən qarşılaşmanı buraxmalı olacaq. İspan klubunun liderlərindən sayılan Dani Parexonun da meydana çıxması sual altındadır. 

 

Tərəflər buna qədər rəsmi oyunlarda heç vaxt qarşılaşmayıb. 

 

Londonlular buna qədər 21 dəfə ispan klubları ilə qarşılaşıb. Bu oyunlardan 11-də qələbə qazanıb, yeddi oyunda isə məğlub olub. Üç qarşılaşma heç-heçə yekunlaşıb. 

 

“Vilyareal” bu vaxta qədər doqquz dəfə ingilis komandaları ilə qarşılaşıb ki, bunlardan dördündə qələbə qazanıb, dörd qarşılaşmada isə meydanı məğlub tərk edib. 

 

“Çelsi” cəmi bir dəfə - 1998-ci ildə “Real”la qarşılaşmada qalib gələrək, Avropa Superkubokunu qazanıb, üç Superkubok oyununda isə məğlub olub (Hər üç qarşılaşma 21-ci əsrdə baş tutub). 

 

“Vilyareal” isə buna qədər Superkubok qarşılaşmasına çıxmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu