"Dağıdıcı müxalifət həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıb"

15:16 18-11-2018 | icon 319 | Siyasət
"Dağıdıcı müxalifət həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıb"

 

“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib.

 

Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub:

“Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”.

 

V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək:

“Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”.

 

Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir:

 

“Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.

Xəbər lenti

 Rasim Balayevi imtahanlara buraxmırlar -

Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki...

İnsan ömrünü uzadan içkinin adı açıqlandı - 15 illik tədqiqatın nəticəsi

Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon

Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

Rusiyada gənc azərbaycanlı yoxa çıxdı

"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir -

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Əsirlikdə qalan Laçınım"

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə