İran bu məlumatları ÜST-dən gizlədib
İranın koronavirusla mübarizə qurumunun rəhbəri Əli Rza Zali bir sıra maraqlı açıqlamalarla gündəmə gəlib.
Bu barədə “İxlas” İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Qurum başçısı bildirib ki, pandemiyanın əvvəlindən bəri İran heç bir beynəlxalq yardımı qəbul etməyib.
“ÜST-ün ekspertləri İrana gəldikdə onlardan yararlanmaq əvəzinə, səhiyyə sistemini tərifləmələrini istədik. Ölkədə koronavirusa dair vəziyyətlə bağlı məlumatları təşkilatdan gizlətdik. Beynəlxalq yardımıları hava limanından geri göndərdik. Virusa qarşı yetərincə biliyə sahib olmamağımıza baxmayaraq, beynəlxalq ekspertlərdən məsləhət almadıq. Çin dostumuz olsa da, bizə kifayət qədər vaksin göndərmədi”, - deyə Zali bəyan edib.
O, bundan sonra ölkədə daha ağır günlərin yaşanacağını bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"