"Gözləyin dağlar, gəlirəm" - VIDEO

12:04 13-08-2021 | icon 931 | Ədəbiyyat
"Gözləyin dağlar, gəlirəm" - VIDEO

Dünən Xəzər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında şəhid Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" kitabının təqdimatı oldu. Pandemiyanın şərtlərinə uyğun olaraq keçirilən tədbirdə məhdud sayda Laçın sakinləri də iştirak edirdilər. Tədbirdə millət vəkilimiz Mahir Abbaszadə, Laçın rayon İcra hakimiyyəti başçısının müavini Aynurə xanım, şair İlham Qəhrəman, l Qarabağ müharibəsinin komandirlərindən olan Rafiq Nağıyev və Oğuldərə kənd sakini Əfqan bəy çıxış edərək kitab haqqında təəssüratlarını bölüşdülər, şəhidimizin ömür yolundan söhbət açdılar.

 

Şəhidin atası, şair Kamil Vəfadar ailə üzvləri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Sonda tədbirin aparıcısı, şair Hacı Arif Buzovnalı Şahgündüzə həsr edilmiş rəsm əsərlərinin müəlliflərini səhnəyə dəfət etdi. Rəsm nümunələri Şahgündüzün ailə üzvlərinə təqdim olundu.


Allah Şahgündüz Cabbarovun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Həmişə böyük ehtiramla xatırlanacaqlar.

 

 

 

 

Arif Məmmədli
/"Laçın yurdu" jurnalının baş redaktoru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?