Bu həkimlərin diplomu ləğv edilə bilər

16:14 13-08-2021 | icon 731 | Sağlamlıq
Bu həkimlərin diplomu ləğv edilə bilər

Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdən isə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir.

 

Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov “Report”a açıqlamasında deyib ki, saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir.

 

 

O hesab edir ki, saxta peyvənd pasportu verən tibb işçilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır:

“Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir”.

 

Deputat Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb:

“Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI