Türkiyədə daşqın qurbanlarının sayı 40-ı keçdi
Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində azı 44 nəfər ölüb.
Bu barədə şənbə günü hökumətin fövqəladə hallar idarəsi məlumat yayıb.
“Sel Kastamonuda 36, Sinopda 7, Bartında bir nəfərin həyatına son qoyub”, - deyə nazirlikdən verilən açıqlamada bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl daşqınlardan zərər çəkmiş bölgələri təbii fəlakət zonası elan edib.
Xatırladaq ki, avqustun 11-də güclü leysan yağışları ölkənin bir neçə şimal əyalətində sel və daşqınlara səbəb oldu. Şəhərin küçələrində palçıq axınları əmələ gəldi. Binalara, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib. İtkin düşənlər var.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"