“Zəngəzur Dəhlizindən Tarixə baxış” - MÜSAHİBƏ

09:44 16-08-2021 | icon 479 | Tarix
“Zəngəzur Dəhlizindən Tarixə baxış” - MÜSAHİBƏ

Cəbi Bəhrəmov: “8 noyabr zəfərinin ardınca Zəngəzur dəhlizi və onun zəfəri gəlir”

 

Zəngəzurlu Azərbaycan tariximiz 44 günlük vətən müharibəsindən, bir əsr işğal fasiləsindən sonra yenidən gündəmə gəlib. Azərbaycan öz tarixi keçmişinə qayıdır zəfəri, uğurları ilə... Və bu gün Zəngəzur Dəhlizinin açılması tələbi Azərbaycanın geopolitik reallığına uyğun ölkəmiz üçün hansı yeni qapıları açması müzakirə olunur.

 

Tarix İnstitunun icraçı direktoru Cəbi Bəhramovun müsahibəsini təqdim edirik:

 

- Cəbi müəllim, 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan tələb edir ki,  Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləsin. Əvəzində isə nə baş verir: İmperialist qüvvələr Azərbaycan üçün hansı işğal xəritəsini hazırlayır?

 

- Birinci növbədə onu qeyd etmək istəyirəm ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra qacarlar İranı ilə çar Rusiyası arasında Azərbaycan torpaqları bölüşdürüldü. O cümlədən Zəngəzur - hansı ki, Qarabağın qərb hissəsini əhatə edirdi, o da Rusiya imperiyasının tərkibinə daxil oldu. 1828-ci ildən ta 1988-ci illərə qədər dünyanın müxtəlif ölkələrindən, xüsusilə Avropa, Asiya, o cümlədən çar Rusiyasına həmsərhəd olan ölkələrdən qacarlar İranı və Osmanlı Türkiyə ərazisindən ermənilərin köçürülmə siyasəti həyata keçirilir. Təkcə 20-ci əsrin əvvəlinə baxsanız rus çar məmuru Şevrovun verdiyi məhşur bir ifadə var ki, orda “1 milyon 300 min erməninin 1 milyonunu biz köçürmüşük”-deyilir. Əslində sovet hökumətinin hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti süquta yetirilib və bütün ərazi nəzarətə götürüldükdən sonra təbii ki, Zəngəzur ərazisi də nəzarətə götürülməli idi. Məsələnin maraqlı tərəfi odur ki, Cumhuriyyəti tanımayan sovet Rusiyası gizli olaraq daşnaq Ermənistanı ilə danışıqlar aparırdı. Daşnaq Ermənistanı deyilən ölkə necə yaradılmışdı? 1918-ci il may ayının 29-da Cumhuriyyəti yaradanların bağışlanılmaz səhvi nəticəsində İrəvan və onun ətrafında 9 min kvadrat kilometr ərazi ermənilərə güzəştə gedilib. Bu məsələ Tarix İnstitutu tərəfindən tədqiq olunub. Necə olur-olsun, acı həqiqət də olsa, üzqarası olsa da bu həqiqətdir. O güzəşt Azərbaycan xalqına çox baha başa gəldi. Məsələ ondadır ki, 9 min kilometr ərazi güzəştə gediləndən sonra bu danışıqlar zamanı Cumhuriyyət dövrünün dövlət xadimlərinin çıxışlarında və arxiv sənədlərində öz əksini tapıb. Məsələ budur ki, ermənilər 1918-ci il mayın 13-dən iyunun 4-nə qədər aparılan danışıqlar zamanı Qarabağdan və Naxçıvandan imtina etdiklərini bəyan ediblər. Ermənilər özləri müstəqil millət, yaxud xalq olaraq belə bir iddiaları nəyin əsasında irəli sürürdülər? Onu qeyd edə bilərəm ki, ermənilər müstəqil olaraq hərəkət etmirdilər. Bu, İngiltərə, ABŞ, Fransa və gizli olaraq Almaniya tərəfindən diqtə olunurdu. O məsələlərin ictimaiyyətə çatdırılması çox təəssüflər olsun ki, bizim imkanlarımız daxilində olmadığı üçün çoxları indiyə qədər bundan məlumatsızdır. İndi yaxşı haldır ki, bu məsələlər dövlət başçısı tərəfindən öz əksini tapır.

 

- Həmişə belə bir sual yaranır ki, necə oldu ki, sovet Rusiyası Azərbaycan torpaqlarını işğal edəndən sonra, sözün əsl mənasında torpaqlarımızı hərraca qoydu?

 

- Bunun cavabını Tarix İnstitutu tapıb və cavabını verib. Çünki işğaldan sonra, təkcə 1920-ci il aprelin 29-dan avqustun 1-nəcən Azərbaycanda nə az, nə çox, 48 min adamı güllələmişdilər. Sual olunur, bunun səbəbi nə idi və bu işdə kimlərdən istifadə etmişdilər? Təbii ki, ermənilərdən istifadə olunmuşdu.

Araşdırmalar göstərir ki, əslində sovet hökuməti rusların milli dövləti deyildi. Rus xalqı bu dövləti yaratmamışdı. Mənim apardığım tədqiqatlar, əlimdə olan sənədlər bu fikri söyləməyə əsas verir. Və sovet hakimiyyətini quranların İsveçrə bankındakı hesablarına baxsanız, artıq bu fikir tam şəkildə yəqinləşir. Və bundan sonra əsas məsələ Bakı nefti idi. Azərbaycan xalqına qarşı törədilən cinayətlərin əhəmiyyətli nöqtəsində Bakı nefti durur. Təsadüfi deyil ki, hələ 1918 - 20-ci əsrin birinci yarısında dünya siyasətində söz sahibi olan Uiston Çörçilin bir sözü var, o deyir ki, - “Neft məsələsində Bakı neftinin tayı-bərabəri yoxdur, əgər neft kraliçadırsa, Bakı onun tacıdır”. Bu sözlərin arxasında nələr gizlənir. Düşünən insan, məlumatlı insan başa düşər ki, söhbət nədən gedir... Ona görə də Cumhuriyyətin tanınmaması məsələsində həmin dövlətin ən böyük şirkətlərinin, o cümlədən Nobellərin, Rokvellilərin, “xidmətləri” var. Və Azərbaycan torpaqlarının hərraca qoyulması da bu məsələ ilə bilavasitə bağlıdır...

Məsələ burasındadır ki, cumhuriyyəti tanımamaq və sonradan torpaqları bölüşdürmək, o cümlədən Zəngəzuru... O zaman AXC-ni Sovet Rusiyası tanımaqdan tamamilə imtina etmişdi. Və o biri ölkələrə də Amerikada oturan bankirlər tərəfindən bu tapşırıq verilmişdi. Bu tapşırıq həm qardaş Türkiyə ilə, həm də Azərbaycanla bağlı idi. Bu prosesdə ermənilərdən canlı ölüm aləti olaraq bizə qarşı istifadə edilib və indi də istifadə olunur. Və mən bir neçə dəfə Zəngilan, Füzuli, Cəbrayıl rayonuna getmişəm. Və orda gördüklərim bu fikri söyləməyə tam əsas verir.

Zəngəzur məsələsinin bu şəkildə işğalı bilavasitə başda Allah tərəfindən lənətlənmiş, torpağında qəbul etmədiyi Leninin razılığı ilə Stalin, Orcanakidze, Çeçerin, Lev Qaraxan (erməni idi) Kirov və bir sıra sovet hökumətinin rəhbər vəzifələri tutan adamların iştirakı ilə edilirdi. Əsas həlledici ideyanı verən Stalin və Orcanakidze idi. Və nə üçün Zəngəzurun Qərb hissəsini ermənilərə verdilər? Zəngəzurla bağlı 1920-ci ilin mayın 12-dən bilavasitə ta avqustun 10-na qədər sovet hökuməti rəhbərliyi ilə Azərbaycanla geniş şəkildə danışıqlar gedirdi. Nərimanov sözün əsl mənasında çırpınır. Və ətrafındakılar da xəyanət edir. Onun bir nümayndəsi var, bunu Zəngəzura göndərirlər. Söhbət 23 iyul 21-ci ildə Ocaqulu Musayevdən gedir. Zəngəzura göndərilən Ermənistan nümayəndəsinin fitnə-fəsadı ilə keçir Ermənilərin tərfinə və təbliğ etməyə başlayır ki, Şərqi Zəngəzur da keçsin Ermənistan SSR -in tərkibinə. Bu adam sonradan həbs edilir. Nərimanov Moskvaya aparılıb 1925-ci ildə öldürüləndən sonra 1928-ci ildə kolxoz quruluşunu tətbiq etməyə başladılar. Sonra həmin adamı reablitasiya edib Laçın rayonunda kolxoz təşkil elədilər, Şuşada da həmin adamın adına küçə verdilər. Bu hadisə təsadüfi deyildi. Mən qayıdıram 21-ci il mayın 12-dən sonrakı dövrə. Burda elə intensiv danışıqlar gedir ki, Nərimanov nəyə desən əl atır. Və nəhayət 1920-ci ilin 30-da bəyanat var, burda adda saxtalaşdırma gedib, aldadılıb. 1920-ci ildə məxvi olaraq ermənilərlə sovet hökuməti arasında imzalanan 10 avqust müqaviləsinə əsasən Zəngəzurun qərb hissəsi verilir Ermənistan tərəfinə. Bura 4 rayon daxildir, ümumi sahəsi 4,5 min kvadrat kilometrdir. O zaman bütün danışıqlar gedərkən bu barədə Azərbaycan tərəfə xəbər verilmirdi. Bu fakt da var idi. Və Nərimanov bunların boğazında bir sümük olub ilişdiyi üçün 20-ci ildə Nərimanovu Moskvaya apardılar. O zaman Azərbaycana rəhbərliyi kim edirdi, Kirov, sonradan Mirzoyan. Yəni bu olub 1932-ci ilə qədər. O faktı da deyə bilərəm ki, 1932-ci ildə Mircəfər Bağırovu Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edərkən onun yerini Rubenov tuturdu. Yəni, Zəngəzurun qərbinin ermənilərə verilməsi bir ilin, ayın söhbəti deyil.

Birinci qərarı 20-ci il avqustun 10-da qəbul olunan məxvi müqavilədə veriblər. Bu proses 1929-cu ilin fevral ayının 18-nə qədər baş verib. Sovet hökuməti məxvi olaraq köçürmə planını davam edib. 1923-cü ildə məxvi qərar qəbul olunub ki, ən azı 500 min erməni indiki Ermənistan ərazisinə köçürülməlidir.  Beləliklə erməniləri Göyçə gölü ətrafındakı ərazilərə və o cümlədən Zəngəzura köçürüblər. Burda etnik, demoqrafik mənzərəni dəyişəndən sonra Ermənistanı qurublar... O vaxtkı Azərbaycan SSRi-nin rəhbərləri də azərbaycanlılar deyildi. Soruşuram, 1828-ci il mayın 29-da İrəvan şəhərini və onun ətrafındakı torpaqları güzəştə gedəndə mənim və milyonlarla azərbaycanlının ata-babasından soruşmuşdunuzmu bu torpaqları niyə verirsiniz?!.

 

- Nəyə görə bu torpaqlar güzəştə gedilməliydi, nəyin əvəzinə?

 

- Bu, hüquq və tarixi nöqtəyi nəzrindən ən ağır səhv idi. O zamana qədər Avropanın hüquq sistemində belə prisident var idi. 1814-15-ci ildə Vyana konqresində Fransanın məğlub ölkə kimi əraziləri bölüşdürülməli idi. Amma Fransanın xarici işlər naziri Taliran həmin legitimlik hüququ prinsipindən istifadə edib, ona imkan vermədi. Fransanın əraziləri 1792-ci il əraziləri sahəsinə qaytarıldı. Yəni ərazi bölünmədi. Söhbət ondan gedir ki, bu torpaqda fransızlar adəm və həvvanın zamanından yaşayıb. Eləcə də cumhuriyyəti quranlar Avropa hüquq sistemindən xəbərsizdirlərmi, xeyir. Azərbaycan torpaqlarını hərraca qoyanda soruşmaq lazım idi ki, sən bunu hansı səlahiyyətlə, əsasla, hüquqla edirsən. Milli Şura o səlahiyyətlərə malik idimi. Malik idisə niyə referendum keçirmədin? Məsələ burasındadır ki, 23 maya qədər İrəvan məsələsi müzakirə olunmayıb.

Əslinə baxanda ermənilər indiki Ermənistan ərazisində dövlət qurmaq istəmirdilər. Onların əsas istəyi necə ki, amerkanlar, ingilislər, fransızlar onlara vəd etmişdilər, Türkiyənin şərqindəki həmin torpaqlarını ələ keçirmək idi. Söhbət 8 vilayətdən gedirdi. Belə olan vəziyyətdə Türk ordusu öz gücünü göstərdi və bu gücləri diz çökdürmüşdü. Və mayın 23-dən sonra Azərbaycandan 11 nəfər nümayəndə heyəti iştirak edib. Danışıqlar zamanı bunlara təklif ediblər ki, gəlin erməniləri yox, gürclərdən və sizlərdən ibarət konfederasiya yaradaq. Yaxud da təklif olunurdu ki,  ya da ayrı-ayrılıqda ermənilərin yaşadıqları ərazilər iki dövlət arasında bölüşdürülsün. Azərbaycan tərəfi buna razı olmayıb. Arqument odur ki, 11 nəfərin imzaladığı bir məktub var: əgər biz ərazini  güzəştə ketməsək, onlar bizi qıracaqlar. Məgər bu arqumentdirmi? Axı onlar gözləyirdi ki, sən nə verəcəksən. Doğrudur, müharibə zamanı ermənilərin xəyanətkar kütləsi nə az, nə çox, Gümrü ətrafına toplaşmışdı. Məsələnin maraqlı tərəfi budur ki, Gümrünü yox, İrəvanı güzəştə getmədilər. Və həmin güzəşt Azərbaycan xalqına çox baha başa gəldi. Nəticədə son 103 il ərzində Azərbaycan xalqı özünün 2.5 milyon nəfər adamını itirdi. 9 min kvadrat kilometrini vermişdi, sonra 20.8 min  kvadrat kilometr ərazisi də Göyçə ətrafı əraziləri və Zəngəzurun qərb hissəsi Ermənistan SSRİ-nin tərkibinə verdi.

 

500 min erməninin köçürülməsi məsələsinə qayıdıram. Köçürülmədən sonra, 1929-cu il fevral ayının 18-də qərar qəbul olundu ki, rəsmi olaraq Mehri rayonunun ərazisindən Zəngilan rayonu və Ordubad rayonunun ərazisində 46 kilometr ərazi olan Qafan rayonu, sisyan daxil olmaqla Zəngəzurun 4 bölgəsi Ermənistana verildi. Ölkə başçısı dediyi kimi, bu, türk dünyasının kürəyinə sancılan bir xəncər idi. Biz əgər sonrakı dövrlərə nəzər salsaq, artıq Zəngəzur monoqrafiyası hazırlanıb, artıq redaktədədir, çapa təqdim olunacaq. Bütün arxiv səndləri, mənbələr qaldırılıb. Birmənalı şəkildə sübut olunur ki, Zəngəzur qədim Azərbaycan torpaqlarıdır. Ədalətsiz olaraq 4 bölgə Qarakilsə - Sisian, Görus, Qafan bilavasitə Azərbaycan torpaqlarının bir hissəsidir.

 

- Ötən tarix bu gün də təkrar olunur. Proseslərə Zəngəzur dəhlizindən baxsaq Azərbaycan üçün bhansı yeni tarix yazılır. Bu gün regionda hansı üstünlüklərin yarandığını söyləmək olar?

 

- Cənab Prezident 18 illik prezidentliyi dövründə beynəlxalq tədbirlərdə etdiyi bütün çıxışlarında bu məsələyə xüsusi diqqət yetirib. Dəfələrlə deyib ki, Zəngəzur Azərbaycan torpağıdır, Göyçə Azərbaycan Torpağıdır, İrəvan Azərbaycan torpağıdır və biz azərbaycanlılar o torpaqlara qayıdacağıq. Bu qayıdış başlanıb. Bu ərazi Qədim İpək yolunun bir hissəsidir.

Mənim uşaqlığım Zəngəzurda keçib, mən Zəngəzurda anadan olmuşam. O yerləri - Araz qırağından tutmuş, Xustub dağına qədər gəzmişəm. O yerləri bilirəm. Azərbaycanın hər yeri incidir, qızıldan qiymətlidir. Dövlətimizin başçısı, çox böyük istedad sahibi istər diplomat, istər dövlət başçısı, istər tarixçi alim kimi yeritdiyi siyasət tam şəkildə əmin olmağa imkan veir ki, hər şey onun dediyi kimi olacaq.

Zəngəzur dəhlizi işə düşəcək, starteji nöqteyi-nəzərdən bu bizim ölkəmizi qardaş Türkiyə ilə birləşdirmək üçün çox böyük imkanlar yaradacaq. Bu məsələlərin həlli artıq gündəmdədir. Mən şahidi oldum ki, o ərazilər necə tikilir, necə quruculuq işləri gedir. Tam əminliklə deyə bilərərm ki, 8 noyabr zəfərinin ardınca Zəngəzur dəhlizi və onun zəfəri gəlir. Qəti əminəm ki, bu torpaqlar bizim dədə-baba torpaqlarımızdır və biz azərbaycanlılar ora qayıdacağıq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür