İranda koronavirusa görə iş yerləri bağlandı

22:24 16-08-2021 | icon 388 | Dünya
İranda koronavirusa görə iş yerləri bağlandı

Koronavirusun 5-ci dalğasının yaşandığı İranda ötən sutka 655 nəfər virus səbəbiylə həyatını itirib, 41 194 yeni yoluxma qeydə alınıb.

 

“Anadolu” agentliyi məlumat verir ki, peyvəndləmə prosesinin zəif getməsi və peyvənd tədarükündə yaranan problemə görə, epidemiya ilə mübarizədə ölkəni daha da təhlükəli günlərin gözlədiyinə dair xəbərdarlıq edilib.

 

Gündəlik ölüm sayın 600-ü, yoluxma sayı 40 mini keçdikdən sonra məhdudiyyətlər tətbiq olunub.

 

16-21 avqust tarixlərində qüvvədə olacaq məhdudiyyətlər çərçivəsində dövlət idarələri, banklar, ticarət mərkəzləri və bütün vacib olmayan iş yerləri bağlanacaq.

 

Ölkə hökuməti müəssisələri və dövlət idarələrini bağlamaq qərarına gəlsə də, Məhərrəm ayı ilə əlaqədar tədbirlər və Aşura Günü mərasimləri qadağan edilməyib.

 

Təxminən 83 milyon əhalisi olan ölkədə cəmi 19 166 626 nəfərə vaksin vurulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...