“Bu, siyasi rəzalətdir”

12:01 18-08-2021 | icon 521 | Geopolitika
“Bu, siyasi rəzalətdir”

Qabil Hüseynli: “Ordakı türkdilli tayfalar ağır zərbə altında qalır”

 

“ABŞ “Yaşıl yol” layihəsinin yolunu açmaq üçün Taliban qarşısında zəiflik nümayiş etdirdi”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli, Taliban hökumətinin qurulması ilə “bir kəmər, bir yol” layihəsinə hansı təsirlərin edilməsi ehtimalı ilə bağlı açıqlamasınada bildirib.

 

Politoloq hesab edir ki, baş verənlər ciddi araşdırılmalıdır. Vaxtilə Amerikanın Əfqanıstana demokratiya vədləri ilə gəldiyini deyən politoloqun sözlərinə görə, Orta Asiya təfəkküründən uzağa getməyən əhaliyə demokratik siayasi sistem haqqında danışmaq özünü gülünc vəziyyətə qoymaq deməkdir:

 

“Əfqanıstanı bu vəziyyətdə qoymaq olmaz. Orda özbəklərin, türkmənlərin, xəzərlərin azərbaycanlıların da yaşadığı ərazilər var. Azərbaycanlılar ölkənin cənubunda İrana yaxın hissələrdədir. Şimal hissələri bütövlükdə türkdilli xalqların nəzarətindədir. Vaxtilə marşal dedikləri Dustum Özbəkistan, Dustumustan deyilən bir ölkə yaratdığını bəyan elədi və onun Əfqanısatandan ayrıldığını bəyan elədi. Sonra xarici güclərin təzyiqi ilə bu ideya aradan qalxdı. İndi Dustum qaçıb özünün canını Özbəkistanda gizlədə bilib. Amma ordakı özbəklər, türkmənlər, xəzərlər və digər türkdilli tayfalar ağır zərbə altınfda qalır. Əfqanısatanı gözü ayağının altını seçməyən, adını yaza bilməyən, dünya siyasi proseslərindən başı çıxamayan, barbar dəstənin əsarəti altına vermək, sözün əsl mənasında siyasi rəzalətdir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…