Taliban hökuməti regiona nə vəd edir?

12:16 18-08-2021 | icon 492 | Geopolitika
Taliban hökuməti regiona nə vəd edir?

Qabil Hüseynli: “Təəccüblüdür ki, Amerika Talibana qarşı heç bir güc göstərə bilmədi”

 

Əfqanıstanda Taliban hakimiyyətə gəldi. Talibanın hakimiyyətə gəlməsi qonşu dövlətlər üçün müəyyən iqtisadi-siyasi problemlərin yaranması baxımından birmənalı qəbul olunmur. Bir çox ekspertlər Talibanın hakimiyətə gəlməsini region üçün yeni problemlərin yaranması kimi qeyd edir.

 

Versus.Az xəbər verir ki, mövzuyla bağlı şərh verən politoloq Qabil Hüseynli Talibanın hakimiyyətə gəlməsini təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükə hesab edib.

 

Onun sözlərinə görə, Əfqanıstanda hakimiyyət dəyişikliyi nəticəsində qanuni hakimiyyətin devrilib, məhz bir çox ölkələr tərəfindən terorçu qruplaşma kimi tanınan talibançıların hakimiyyətə gətirilməsi heç bir siyasi çərçivəyə sığmır. Politoloq Talibanın meydanı ələ alması prosesində Əfqanısatanın yanında olan ABŞ-ın gözlənilmədən meydanı qoyub aradan çıxmasını anlaşılan saymayıb:

 

“ABŞ Əfqanıstanda Əşrəf Qani hökumətini bir növ tərəfsiz qoydu. ABŞ-ın Əfqanıstanda qurduğu, təlim keçdiyi ordu lazımi siyasi iradəyə, döyüş əzminə malik olmadığınadan əllərində avtomat silahlarından başqa heç nə olmayan, köhnə feodal təfəkkərlü, yaşları 50-ni keçmiş Taliban döyüşçüləri qarşısında dayanıb dəyanət göstərə bilmədilər. Hətta bir vaxtlar şəninə xoş sözlər söylədiyimiz marşal Rəşid Dustum da müqəddəs peyğəmbərimizin adı ilə bağlı olan Məzari Şərif kimi şəhəri, oradakı dəbdəbəli sarayın 1-ci vitse-prezident olmasına baxmayaraq siyasi məsuliyyətini unudaraq oradan Özbəkistana qaçdı. Özü ilə birlikdə götürdüyü 84 nəfər özbək əsilli döyüşçülərini isə Özbəkistan qəbul etməkdən imtina edir və bunları qaytarmaqla bağlı talibançılarla danışıqlara getmək istəyir”.

 

Politoloq Əfqanıstanda baş verən bu hadisələri məntiqlə izah etməyin çox çətin olduğunu deyib. O hesab edir ki, milli təəssübkeşliyi, ən azından proseslərə müasir yanaşa bilməyən adamların qavrayışları təəccüb doğurur:

 

“1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanda hakimiyyət başında olmuş talibançılar Əfqanıstanı bütün terror təşkilatlarının oylağına çevirmişdilər. Əl-Qaidə, İşid, Hizbulah nümayəndələri və digər terrorçu təşkilatlar da burada kök salmışdılar. Nəhayət, 2001-ci ildə Amerikanın qüvvələri təyyarə ilə oranı talan etdikdən sonra Amerika Əfqanıstanda öz silahlı qoşun dəstələrini yerləşdirdi.  Təəccüblüdür ki, Amerika birnömrəli dövlət, birnömrəli hərbiyə malik olmasına baxmayaraq, Talibana qarşı heç bir güc göstərə bilmədi. Müasir silahları işə salınıb talibançıların axırına çıxa bilmədilər. Guya Əfqanıstanda nizami qoşun formalaşdırdılar. Amma onların formalaşdırdığı silahlı qüvvələr nə Talibanın tərəfinə bir güllə ata bildi, nə də bir döyüş əzmi göstərə bildi. Guya qaçıb pərən -pərən düşdülər. Bu məsələ həddən artıq ciddi məsələdir, araşdırılmalıdır. Necə ola bilir ki, feodal təfəkkürlü, vaxtilə Amerikanın qürurunu tapdamış Əl-Qaidəyə sığınacaq verən talibançılar indi hücum edir, ABŞ da tələm-tələsik səfirlik qarşısında hərbi hissələrini oradan yığışdırır. Deməli, cavabını gözləyən suallar çoxdur”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin