"Bir çox məsələlərdə mövqe birliyi var"

13:44 21-11-2018 | icon 379 | Siyasət
"Bir çox məsələlərdə mövqe birliyi var"

 

"Hesab edirəm ki, Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur".

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Belarus səfəri Azərbaycanın xarici siyasətinin müsbət nəticələrindən biri kimi özünü göstərdi.

 

Azərbaycan və Belarusun strateji tərəfdaş olduğunu xatırladan B.Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir:

 

"Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı səsləndirildi ki, hər hansı bir xəbərdarlıq müzakirə olunmadan hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələrini bu günə qədər göstəriblər".

 

Vitse-spiker deyib ki, bu səfər həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti çəkdi:

 

"Dağlıq Qarabağ münaqişəsi, o cümlədən bu tip münaqişələrin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da bu kimi məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda bizim xalqlarımızın, müvafiq dövlət qurumlarının, o cümlədən prezidentlərimizin möhkəm dostluğunun münasibətlərə çox müsbət təsir göstərdiyinin şahidi oluruq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı