Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir
Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır.
Versus.az xəbər verir ki, bunu “Rosoborooneksport”un İstanbulda IDEF-21 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən nümayəndə heyətinin rəhbəri Denis Quzinov bəyan edib.
O, ölkəsinin Türkiyəyə təyyarə və helikopter avadanlıqları tədarükünü həyata keçirə biləcəyini, həmçinin Su-35 və Su-57 qırıcılarının satışı barədə dialoqa hazır olduğunu bildirib.
Həmçinin, Quzinov S-400 zenit-raket sistemlərinin yeni partiyası ilə yanaşı, onların müdafiəsi üçün lazımi texnikanı da Türkiyəyə təklif edib. Tass
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"