“Türkiyənin liderliyi ilə fərqli bir güc ortaya çıxacaq”

11:48 19-08-2021 | icon 706 | Siyasət
“Türkiyənin liderliyi ilə fərqli bir güc ortaya çıxacaq”

Naqif Həmzəyev: “Sülhməramlılar müvəqqətidir, onların təhlükəsizliyini Azərbaycan təmin edəcək”

 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin CNN-türk televiziyasına verdiyi müsahibədə bir çox mətləblərə aydınlıq gətirildi. Demək olar ki, bu müsahibədə son dövrlərdə yaşanan proseslər, Ermənistan tərəfindən törədilən təxribatlar və həmin təxribatların arxasında dayanan səbəblər və gələcəkdə bölgədə hansı proseslərin cərəyan edə biləcəyi ilə bağlı bir sıra mətləblərə toxunuldu. Elə həmin müsahibədə bir çox sualların cavabları tapıldı".

 

Bunu Versus.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Millət vəkili bildirib ki, 44 günlük müharibədə Azərbaycanın rəşadətli ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında erməni silahlı birləşmələrini, terrorçularını torpaqlarımızdan qovub çıxardı:

 

"Beləliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ermənilərə daha rüsvayçı, daha betər məğlubiyyət yaşatmamaq və beynəlxalq hüquq, konvensiyaların müddəaları çərçivəsində müharibənin nəticələrini həyata keçirmək üçün Azərbaycan üçtərəfli bəyanatı imzalamağa razılıq verdi. Ermənilərə müəyyən vaxt tanıdı. Ermənistan bəyanata əsasən öz üzərinə götürdüyü öhdəliklərin bir qismini həyata keçirdi, ancaq təssüflər olsun ki, ermənilər son dönəmlər mövcud reallığı tam dərk etmədən və məğlubiyyətlə tam barışmaq istəmədiklərindən bəzi müddəalardan irəli gələn məsələləri həyata keçirməkdən boyun qaçırırlar. Müəyyən dərəcədə cığallıq edirlər. Bir sözlə, zaman qazanmağa çalışırlar. Cənab Prezidentin müsahibəsində də dediyi kimi; üçtərəfli bəyanat və onun müddəaları var, Azərbaycan həmin müddəalara hörmətlə yanaşır. Burada əsas vasitəçi Rusiyadır. Moskva Bakının dostu, İrəvanın isə müttəfiqidir. Rusiya Ermənistan tərəfini məcbur etməlidir ki, onlar bu öhdəlikləri tam olaraq yerinə yetirsinlər. Bu müddəaların, öhdəliklərin yerinə yetirilməsi üçün Rusiya və digər qüvvələr tərəfindən Ermənistanın yenidən silahlandırılmasına qətiyyən ehtiyac yoxdur. Çünki artıq münaqişə sona çatıb. İrəvan nə qədər silahlandırılsa da istənilən halda Cənubi Qafqazda güc balansı pozulmayacaq. Azərbaycan öz ordusunun gücünü daha da artırıb. Faktiki olaraq ölkəmiz 44 günlük Vətən Müharibəsində öz gücünü sübut edib. Ermənistan nə qədər silahlansa da Azərbaycana qalib gələ bilməz. Nəticə etibarı ilə yenidən münaqişəni alovlandırmaq heç bir dövlətə xeyir verməyəcək. Onsuz da məhvə sürüklənən Ermənistanın tamamilə məhvini tezləşdirə bilər. Həmçinin regionda Zəngəzur dəhlizinin açılması ilə yalnız Azərbaycan və Türkiyə deyil, ümumilikdə region dövlətləri əldə edəcək. Hətta Ermənistanla Azərbaycan arasında digər kommunikasiya xəttlərinin açılması da mümkün ola bilər".

 

Naqif Həmzəyevin fikrincə, bu da Cənubi Qafqaza uzunmüddətli sülhün gətirilməsini təmin edəcək. Bir sözlə, bu günə kimi Azərbaycan öz humanist addımını atıb, öz mövqeyini qoruyub saxlayıb:

 

"Ancaq Ermənistanın da addım ataraq sülhü dəstəkləməsi vacibdir. Hərçənd ki, ilk dəfə olaraq Ermənistandakı seçkilərdə məğlub bir liderə səs verdi. Bu da onu deməyə imkan verir ki, artıq ermənilər müharibədən beziblər. Onlar uzun müddət hakimiyyətdə olan qüvvələri dəstəkləmədilər. Revanşistlərə bir daha şans vermədilər. Sadə ermənilər də istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. Sadə ermənilərin istəmədiyi halda İrəvandakı hərbi-siyasi rəhbərliyin bəzi qüvvələr tərəfindən qızışdırılaraq yenidən təxribatlara cəhd göstərməyə məcbur etmək Ermənistanın xeyrinə olmayacaq. Onsuz da ermənilər gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamağa, ölkəmizin ərazi bütövlüyünü tanımağa məcbur olacaqlar. Ermənilər vaxt uzatmaqla Azərbaycan tərəfindən atılacaq humanist addımların sayını azaltmış olacaqlar. Gündən-günə güclənən, faktiki olaraq NATO-nun ikinci ən güclü ordusu sayılan Türkiyə ordusu və rəsmi Ankara hər zaman ölkəmizin yanındadır.Şuşa bəyannaməsi imzalandıqdan sonra Azərbaycan-Türkiyə münasibətləri də tamamilə yeni mərhələyə qədəm qoydu və Azərbaycan-Türkiyə müttəfiqliyi Bakının gücünü qat-qat artırır. Regional faktora çevrilən bu ikitərəfli münasibətlər cənab prezidentin də qeyd etdiyi kimi yaxın illərdə qlobal gücə çevrilə bilər. Faktiki olaraq qonşu dövlətlərdə, Asiyada proseslər sürətlə dəyişməkdədir. Bu proseslər nəticə etibarı ilə yaxın gələcəkdə Türkiyənin liderliyi ilə fərqli bir gücün ortaya çıxacağını deməyə imkan verir. Bu, türkdilli dövlətlərin birgə fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yeni bir gücün ortaya çıxma ehtimalı var. Bu baxımdan da Ermənistan Azərbaycanla münasibətlərini yaxşılaşdırmadıqca uduzan tərəf olacaq. Azərbaycan güclü tərəf kimi günü-gündən güclənəcək. Gələcəkdə Ermənistan öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onsuz da sual altına düşən müstəqilliyini tamamilə itirə bilər. Görünən odur ki, Rusiya da regionda baş verən dəyişikliklər fonunda Ermənistana dəstəyini azaldacaq. Ümumiyyətlə, prezidentin CNN-türkə müsahibəsindən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan ərazisində yaşayan ermənilər yolunu azmış bir kütlədir. Biz onları doğru yola qayıtmağa dəvət edirik. Onlar gec-tez Azərbaycan qanunları çərçivəsində yaşamağa məcbur olacaqlar. Sülhməramlılar müvəqqətidir, onların təhlükəsizliyini Azərbaycan dövləti təmin edə bilər. Onlar qətiyyən təxribatlara uymamalıdırlar. Ermənistan da təxribatlarını dayandırmalıdır. İrəvan Bakı ilə sülh danışıqları masasına əyləşərək danışıqlara başlamalıdır".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür