"Xırda məqsədlər güdsək, Azərbaycan üçün çox ağır nəticələr olar"

12:53 19-08-2021 | icon 779 | Siyasət
"Xırda məqsədlər güdsək, Azərbaycan üçün çox ağır nəticələr olar"

Abutalıb Səmədov: “Qarabağdakı problemlərdən siyasi məqsədlər üçün istifadə eləmək Azərbaycana xəyanətdir”

 

Azərbaycan Prezidentinin SNN Türkə verdiyi müsahibə və daha sonra Kəlbəcər və Laçın səfərləri zamanı etdiyi çıxışlar ölkə ictimaiyyəti tərəfindən maraqla izlənir və orada qoyulan məsələlər bir daha “Dəmir Yumruq” birliyinin təminatı kimi çıxış edir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov mövzu ilə bağlı açıqlamasında  Prezidentin son çıxışlarında Rusiya və İranla olan münasibətlərimizə xüsusi diqqət göstərməsini qeyd edib. O, son dövrlər hər iki dövlətlə  yaşanan problemlərə təəssüflə yanaşıb və  hər iki dövlətə xarici işlər nazirliyimizin nota verməsini narahatlıq doğuran məqam kimi önə çəkib.  

“Azərbaycanın 44 günlük müharibədəki qələbəsi əksər dövlətləri narahat elədi və ABŞ, Fransa, Avropa Birliyinə daxil olan digər dövlətlər bizə qarşı cəbhə açdılar. Bu vəziyyətdə Rusiyanın son dövrlər atdığı addımlar xüsusilə narahatlıq doğurur. Çünki biz Minsk Qrupuna daxil olan həmsədr dövlətləri içərisində Rusiyanın nisbətən Azərbaycana yaxın mövqe tutmasına nail ola bilmişdik. Təəssüf ki, son dövrlərdə Rusiya da kifayət qədər ermənipərəst mövqe tutmağa başlayıb. Onun Qarabağda gördüyü işlər, verdiyi bəyanatlar bizi çox ciddi şəkildə narahat eləməlidir”.

 

Partiya sədri hesab edir ki, belə bir vəziyyətdə hər şeydə hakimiyyəti günahlandırmağa çalışmaq, Qarabağda üzləşdiyimiz problemlərdən yenə də siyasi məqsədlər üçün istifadə eləmək Azərbaycana xəyanətdir:

 

“Prezidentimiz kifayət qədər ciddidir. Çox böyük güclərə qarşı dayanmışıq. Azərbaycanın Qarabağa dair mövqeyini dünyada açıq şəkildə dəstəkləyən  dövlətlər azdır. Türkiyə və Pakistan. Üçüncü dövlət yoxdur. Ancaq əks mövqeni dəstəkləyənlər kifayət qədərdir. Hətta bizə yaxın olan Böyük Britaniya, İtaliya da onlara qoşuldu. Ona görə də belə bir vəziyyətdə siyasi partiyaların vəzifəsi əhalini çaşdırmaq, yanlış məlumatlar yaymaq, yenə də Qarabağ məsələsini siyasi alver predmetinə  çevirmək deyil. Onun vəzifəsi reallıqları xalqa çatdırmaq, dövlətin yanında yer almaqdır. Bizim vəzifəmiz Azərbaycan prezidentinə yardımçı olmaqdır. Anlamalıyıq ki, vəziyyət kifayət qədər ciddidir. İndiki diplomatik müharibədə üzləşdiyimiz çətinliklər 44 günlük müharibədə üzləşdiyimiz çətinliklərdən daha çoxdur. Birləşməsək, xırda məqsədlər güdsək, Azərbaycan üçün çox ağır nəticələr verə bilər". /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür