Elşad Abdullayev-Gülər Əhmədova çəkişməsi Əflan İbrahimovla davam edir

16:23 19-08-2021 | icon 1078 | Cəmiyyət
Elşad Abdullayev-Gülər Əhmədova çəkişməsi Əflan İbrahimovla davam edir

"Elşad Abdullayev məni öz oyununa alət etdi" - deyib, üzr istədi...

 

Avqustun 18-də Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə Müasir Müsavat Partiyasının sədr müavini, sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb.

 
 
Versus.Az xəbər verir ki, hakim Ş.Nəcəfova tərəflərə hüquqlarını bəyan edib.
 
 
Prosesdə məlum olub ki, Əflan İbrahimov dövlət tərəfindən ayrılan vəkili qəbul etsə də, o, üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmir.
 
 
Proses sentyabrın 17-dək təxirə salınıb.
 
 
Məhkəmə sonrası Əflan İbrahimov açıqlamasında Qarabağ müharibəsi veteranı olduğunu, bu yaxınlarda ürəyindən əməliyyat olunduğu üçün çıxışında bir qədər yanlışlığa yol verdiyini deyib:
 
 
“Mənim Gülər xanımla heç bir artıq-əksik söhbətim olmayıb. “LAF” TV-dəki Gülər Əhmədovaya qarşı çıxışımı mənə hazırda Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayev göndərərək, oyununa alət etdi. Verilişə qonaq gedəndə öncədən orada nələr danışacağımı bilirdim. İndi Gülər xanımla problemlərim yaranıb. Buradan Gülər xanımdan üzr istəyirəm”.
 
 
Gülər Əhmədova Əflan İbrahimovu uzun müddətdir tanıdığını bizə açıqlamasındakı sözlərinin üzərində dayanıb-dayanmadığın yazılı qeyd etdikdən sonra, bu barədə addım atacağını bildirib. /azadmediatv.com/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin