Belçikalı voleybolçu: "Azərbaycan millisini qiymətləndirməmək olmaz"

17:09 19-08-2021 | icon 606 | İdman
Belçikalı voleybolçu: "Azərbaycan millisini qiymətləndirməmək olmaz"

"Hazırlıq planlaşdırdığımız kimi getmədi. Avropa çempionatını aparıcı hücumçumuz Kayya Qrobelnasız başa vurmalıyıq. Əlbəttə, təslim olmamışıq. Mümkün qədər yaxşı məşq etmişik və turnirə yüksək əhval-ruhiyyədə başlayacağıq".

 

Versus.az-ın məlumatına görə, bunu Belçika millisinin voleybolçusu Manon Streycer "hln.be" saytına açıqlamasında Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının A qrupunun ilk oyunu barədə danışarkən deyib.

22 yaşlı oyunçu bildirib ki, turnirə çətin qarşılaşma ilə start verəcəklər: "Normal səviyyəmizə çatsaq, Azərbaycanı, Bosniya və Herseqovinanı, həmçinin Fransanı məğlub edə bilərik. İlk oyun olduqca vacibdir. Millətlər Liqasında ritmimizi və oyun səviyyəmizi ən qısa zamanda tapmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Onları qiymətləndirməmək olmaz".

Qeyd edək ki, avqustun 20-də keçiriləcək Azərbaycan - Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Yığmanın A qrupundakı rəqibləri Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina olacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin