Erməniləri şoka salacaq ETIRAF
Müzəffər Azərbaycan ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunu darmadağın edərək düşmənə ölümcül zərbə endirib. Ancaq Ermənistandakı şovinist dairələrin sərsəm açıqlamalarından da hiss olunur ki, ermənilər bu həqiqəti hələ də qəbul edə bilmirlər.
Əslində həqiqətin “inkar olunması” sadəcə sözdə baş verir, ermənilər özləri də bilirlər ki, bir şeyi inkar etmək üçün ən azı ortaya fakt qoymaq lazımdır. Lakin bütün bu çıxışlar pafoslu, hərarətli açıqlamalardan o tərəfə keçmir.
Səbəb isə aydındır, Ermənistanın güc nümayişi edə biləcəyi bir “ordusu” qalmayıb. Bunu birbaşa etiraf etməsələr də, özləri də bilmədən həqiqəti ortaya qoyurlar.
Məsələn, bu gün Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunur ki, ehtiyatda olan hərbçilərin hərbi biliklərinin təkmilləşdirilməsi və hazırlığı üçün 25 avqust-25 noyabr tarixlərində üç aylıq təlim toplanışı elan olunub. Bura qədər hər şey normal görünür, lakin növbəti cümlədə ermənilər düşdükləri acınacaqlı vəziyyəti etiraf edirlər: “ehtiyac olacağı halda toplanışın iştirakçıları döyüş növbətçiliyinə cəlb olunacaq”.
Sonuncu cümlə onu göstərir ki, Ermənistan ordusunda canlı qüvvə baxımından ciddi çatışmazlıqlar yaşanır. Ermənilər öz postlarını qorumaq üçün belə kifayət qədər canlı qüvvədən məhrumdurlar. Buradakı “ehtiyac olacağı halda” sözləri isə sadəcə özünü sığortalamaq üçün cümləyə əlavə olunub. Çünki Ermənistan MN insanları topladıqdan sonra onları xəbər-ətərsiz döyüş postlarına yollamaqdan çəkinib, sadəcə belə bir hadisənin doğuracağı rezonans onları çəkindirib. Sadə bir əlavə ilə öz acizliklərini gizlətməyə çalışıb.
Erməni məmurlar, müxalif liderlər, siyasətçilər hər nə qədər xalq qarşısında “cəngavər ordularından” bəhs etsələr də, real mənzərə tamamilə fərqlidir.
Ermənistanın “cəngavər ordu” bir kənara, heç ən adi təhlükəsizlik məsələlərinin öhdəsindən gəlmək iqtidarında olan ordusu belə yoxdur. Müharibədən sadəcə döyüş meydanından qaçmaqla sağ çıxa bilmiş bu ordu tullantıları isə o qədər acizdir ki, onların ilk təhlükədə əvvəlki performanslarını kölgədə qoyacaqları şübhə doğurmur.
Odur ki, ermənilər üçün tək çarə yaşananlardan dərs alıb, sakitcə həyatlarına davam etmələridir. Müzəffər Azərbaycan ordusu öz haqq savaşından qalib çıxıb və artıq ərazi bütövlüyümüz təmin olunub. Bu gün, sabah və bundan sonra nə zaman olur-olsun bu bütövlüyə təhdid yaratmağa cəhd edənlərin belə aqibəti hər kəsə indidən bəllidir. Bir vaxtlar “yenilməz ordu” mifinin arxasında gizlənən Ermənistan, indi bir “orducuğun” ümidinə qalıb.
Həmin “orducuq” isə indi Azərbaycanın igid oğullarının onlara vurduğu ağır zərbədən sonra elə vəziyyətə düşüb ki, öz kölgəsindən belə qorxur. Belə olan halda “ehtiyac olacağı halda” döyüş növbətçiliyinə cəlb olunacaq ermənilərin aqibətini təsəvvür etmək çətin deyil. Çox güman ki, MN tərəfindən əslində məcburi cəlb olunacağı döyüş növbətçiliyindən sonra onların bir çoxunun psixoloji yardıma ehtiyacı olacaq. Çünki Azərbaycan ordusunun doğma xalqının və dostlarının gözündə əzəməti, qüdrəti nə qədər böyükdürsə, düşmənin canına saldığı qorxu da bir o qədər böyükdür! Bu qorxu onların bütün “orducuğuna”, hətta “ehtiyac olacağı halda” cəlb olunacaq hər bir erməniyə də kifayət edər…
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...