O, I vitse-prezident vəzifəsindən çıxarıldı

15:50 20-08-2021 | icon 670 | İdman
O, I vitse-prezident vəzifəsindən çıxarıldı

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ehram Məcidov işdən çıxarılıb.

 

Versus.Az xəbər verir ki, dünya çempionu Ramal Aslanovun ötən ayın sonlarında I vitse-prezident təyin olunması ilə o, işdən çıxarılıb.

 

Lakin Ehram Məcidov açıqlamasında xəbəri təkzib etməyə çalışıb:

 

“Kim deyir ki, mən işdən çıxmışam. Hazırda da federasiyaya gedib-gəlirəm. Əgər inanmırsınızsa, federasiyaya gəlib, məni orada görə bilərsiniz. Mənim işdən çıxarılmağıma yalnız federasiya prezidenti Orxan Əliyev qərar verə bilər. Ondan bu barədə soruşa bilərsiniz. Sadəcə, Ramal Aslanov mənim əvvəl icra etdiyim I vitse-prezident vəzifəsinə təyin olundu. Mən də vitse-prezidentlərdən biri kimi işimi davam etdirirəm”.

 

Qeyd edək ki, beşqat dünya çempionu olan Ehram Məcidov Azərbaycan Kikboksinq Federasiyasında I vitse-prezident vəzifəsinə bu ilin martında təyin olunmuşdu. O hazırda Kunq-Fu Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir.

 

Xatırladaq ki, E.Məcidovun işdən çıxarılması xəbərini ilk olaraq unikal.org saytı ictimaiyyətə çatdırıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı