“Bu faciəni Razi Nurullayev yox, Əli Kərimli, ənənəvi müxalifət yaradıb” - MÜSAHİBƏ

15:20 21-11-2018 | icon 1005 | Siyasət
“Bu faciəni Razi Nurullayev yox, Əli Kərimli, ənənəvi müxalifət yaradıb” - MÜSAHİBƏ

 Razi Nurullayev: “Bütün bunlar hakimiyyətin laxlamasına təsir etmədi, indi Abel Məhərrəmov bu boyda hakimiyyəti yıxacaq?”

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin Versus.Az saytına müsahibəsi

 

- Razi bəy, belə ehtimal olnur ki, Əli Kərimlinin həbsi Qarabağ mitinqinə çıxmaq istəyənlərin gözünü qıra bilər. Siz necə düşünürsünüz?

 

- Yox, ciddi məsələ deyil. Qarabağ mitinqi təşkil etmək istəyənlər zatən, razılaşdırılmamış aksiya və ya mitinq keçirmək niyyətində deyillər. Bəlkə var, mən xəbərsizəm. Heç inanmağım gəlmir. Qarabağ mitinqi siyasi bir ab-havaya bürünüb və onun hazırda baş verən hadisələrə hansısa bağlılığı və təsiri də ola bilməz.

 

Bəs hanı o dəyişikliklər?

 

- Arif Hacılı deyir ki, bu gün Azərbaycanda vəziyyəti qarışdırmaq gücündə olan qüvvə təkcə Abel Məhərrəmov deyil. Yəni, hakimiyyət daxilində daha ciddi qüvvələr var və dəyişikliklər zamanı yaxınlaşır. Sizin bu yöndə fikriniz nədir? Doğrudanmı vəziyyət gərginləşib?

 

- Bu cür fikirləri 30 ildir eşidirik və eşitməkdən, doğrusunu deyim ki, yorulmuşuq. Əvvəllər, indiki hadisələrdən də ciddi və daha təsirli olaylar baş verib. Üstəlik, o zamanlar müxalifət indikindən 1000 dəfə daha təsirli və güclü olub. Bəs hanı o dəyişikliklər? Məgər Abel Məhərrəmov məsələsi, Fərhad Əliyev və Əli İnsanovun həbsindən, Rəsul Quliyevin Azərbaycana qayıtmaq cəhdindən, “Gülərqeyt” məsələsindən, keçmiş MTN çetesindən və buna bənzər 10-larla digər hadisələrdən daha ciddi və təsiredici, ifşaedicidir? Abel Məhərrəmov iki ton şərab aparıb və gətirib, bir az da öz dost-tanışı ilə hündürdən danışıb, bir-iki kəlmə də siyasi səhv buraxıb, nəticədə siyasi hakimiyyətin qəzəbinə gəlib. Özü üsyan etməyib ki… Oğlanlar var ki, “Kamaz”la ölkədən dollar çıxarmaq istəyib, təyyarəni dollarla doldurub qaçmaq istəyib, gəmi ilə milyardlarla sərvətləri çıxarmaq istəyib. Ən azından bunlar iddia edilib. Lakin sübut olunan faktlar var ki, banklardan 8 milyarddan çox pullar oğurlanıb, görün nə qədər banklar bağlanıb, nə qədər bank müdiri və sahibi tutulub. Bütün bunlar hakimiyyətin laxlamasına təsir etmədi, indi Abel Məhərrəmov bu boyda hakimiyyəti yıxıb, sizə bu fikirləri aşılayanların hakimiyyətə yolunu açdı?

 

- Razi bəy, necə düşünrsünüz, hansı kartlar açıla bilər?

 

- Kart açılışı böyük oyunlarda diqqət cəlb edir. Burada nə kart açılışı var ki? Ənənəvi hərəkətlər və ənənəvi yanaşmalar. Kart açılışı onların özləri üçün biabırçı vəziyyət yaratdı. Biz bütöv olanda bir müxalifət yetgilisi tutulanda ən azı 500-1000 nəfər polis idarəsinin, məhkəmənin qarşısına toplaşırdı. Əli Kərimlinin müdafisəinə 30 nəfər gəlmişdi, yarısı da jurnalistlər idi. Bu bir faciədir və bu faciəni Razi Nurullayev yox, elə Əli Kərimli özü yaradıb. Qoy indi özləri düşünsünlər. Yeri gəlmişkən, bu tək Əli Kərimlinin faciəsi yox, bütün ənənəvi müxalifətin faciəsidir. Eyni tale onları da gözləyir. Onlar saxlanılsa, məhkəmələrinə heç 30 nəfər də gəlməyəcək.

 

“Ay bədbəxt, niyə gedib Əli Kərimlinin yanında yer almırsan

 

- 17 noyabr Dirçəliş Günündə o vaxt yaranan partiyalar ayrı-ayrı qruplara bölünərək bu günü qeyd etdilər. Bu pərakəndəlik nəyin göstəricisidir?

 

- Ənənəvi müxalifətin səbatsızlığının göstəricisidir. Xalq da bunu görüb iyrənir. Belə bir əziz gündə pərakəndəlik edənlər hansı üzlə xalqdan dəstək istəyə bilər? Xalq onlara istəsələr belə dəstək verməz. İndi hamı pisi-yaxşıdan çox gözəl ayırd edə bilir. “Yurd” sədri saxlanılanda buna qarşı etiraz edən ənənəvi müxalifətçilər üst-başlarını cırırdılar və hətta biri katolikdən çox katolik olub dedi ki, o oradan president kimi çıxacaq. Sən belə düşünürsənsə, ay bədbəxt, niyə gedib Əli Kərimlinin yanında yer almırsan? Məgər bu ikiüzlülük və məddahlıq deyil? Get qoşul “Yurd”a, Milli Şuraya və istədiyin qədər məddahlıq elə.

 

“Hakimiyyətlə onun arasında bağlılıq şübhələri yaranır”

 

- Əli Kərimlinin həbsiylə bağlı məlumatda onu AXCP sədri kimi təqdim etdilər...

 

- Əsasən hakimiyyət və onun nəzarətində olan mətbuat tərəfindən Əli Kərimlinin AXCP sədri kimi təqdim olunması hakimiyyətin özünün faciəsidir. Yalnız az-çox müstəqil və müxalifət mətbuatı fərqləndirir.

Ədliyyə Nazirliyi onu AXCP sədri kimi tanmaqdan imtina edib. İşlər məhkəmə predmetidir. Ədliyyə Nazirliyi də Razi Nurullayevin rəhbərlik etdiyi partiyanın şöbəsi və ya idarəsi deyil. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan dövlət qurumudur və hamı da onun qərarlarına hörmət etməlidir. Hakimiyyət hörmət etmirsə, artıq bu onların problemidir. Həm də bu problem hakimiyyət və “Yurd” sədri arasında bağlılıq olduğuna dair əsalı şübhələr yaradır.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol