"Minsk Qrupunun seyrçiliyi işğalçını ruhlandırıb"

07:56 25-08-2021 | icon 735 | Siyasət
"Minsk Qrupunun seyrçiliyi işğalçını ruhlandırıb"

Nizami Verdiyev: "Vaxtında Ermənistan beynəlxalq hüquqa dəvət edilsəydi, müharibə baş verməzdi"

 

"Ermənistanın 30 il Azərbaycanın torpaqlarını işğalda saxladığına göz yuman və bu işğalçılıq siyasətini kənardan müşahidə edən beynəlxalq təşkilatlar daha çox məsuliyyət daşıyırlar. Azərbaycana qarşı həmişə ikili standartla tətbiq edilib".

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlərə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

ALDP rəsmisi onu da deyib ki, dünya birlikləri, təşkilatlarlar beynəlxalq hüquq normalarını əsas götürüb işğalçı Ermənistana heç bir təzyiq, sanksiya tətbiq etməyiblər:

 

"Dünya birlikləri Ermənistanı beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilmədi və ya bunu etmək istəmədilər. Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi və onun havadarları görsəydilər ki, artıq beynəlxalq hüquq tətbiq edilir, o zaman susardılar, işğalçıya hər hansı bir dəstək göstərməzdilər".


Partiya rəsmisi onu da vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətinə Minsk Qrupu da seyriçi qalıb. Bu da işğalçını ruhlandırıb:

 

"Minsk Qrupu həmişə ermənipərəst mövqe tutub. İstər o "şirkət", istərsə digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi məsələsində Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər, ədalət prinsiplərindən uzaq dayanıblar. Vaxtında Ermənistan beynəlxalq hüquqa dəvət edilsəydi, ötən il müharibə baş verməzdi. Müharibənin başlanmasında əsas günahkarlardan biri elə beynəlxalq təşkilatlardırlar".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?