MCP-dən hökumətə ÇAĞIRIŞ

12:04 25-08-2021 | icon 339 | Siyasət
MCP-dən hökumətə ÇAĞIRIŞ

"Vətəndaşlara bu cür münasibət nə dərəcədə haqlı və məntiqlidir?"

 

"Son günlər virusa yoluxanların sayının artmasından narahatlığımızı ifadə edir və hər kəsi mümkün vasitələrlə qorunmağa dəvət edirik. Bununla bərabər, vətəndaşlarımızı mümkün qədər gecikmədən peyvənd olunmağa səsləyirik".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) koronavirusun yenidən yayılması ilə bağlı vətəndaşlara çağırış edərkən bildirib.
 
 
MCP-nin müraciətini təqdim edirik:
 
 
"Virusa yoluxan xəstələrə biganə münasibət də bizi ciddi narahat edir. Operativ qərargah qeyd edir ki, vəziyyət nəzarət altındadır. Amma deməliyik ki, təcili yardımın gəlməsində ciddi çatışmazlıq var, bir evdə yoluxan ən ağır xəstəni test edir və digərlərini yoxlamırlar. Belə çıxır ki, bir evdə 10 nəfər yaşayırsa, onlar ayrı-ayrılıqda təcili yardım çağırmalıdır? Təcili yardımın kifayət qədər test ehtiyatı olmalıdır ki, hər kəsi yoxlaya bilsin. Biz hökumətdən bu məsələyə ciddi nəzarət göstərilməsini istəyirik.
 
MCP sədri Razi Nurullayev də bu məsələ ilə bağlı hər zaman narahatıqlarını ifadə edib və etməkdədir. Partiya sədri də əmindir ki, dövlətin resursları var və bu sahədə doğru idarəçilik olarsa, məsələ tez bir zamanda həll edilə bilər.
 
Başqa bir problem isə evdə digər yoluxan şəxslərin taleyin ümidinə buraxılması, onların və poliklinikalara müracəti edə digər vətəndaşların göndərişlə digər xəstəxanalara yönləndirilməsidir. Bu şəxslər icitmai nəqliyyatda digərlərini də yoluxdura-yoluxdura uzun yol getməli olurlar. Getdikləri xəstəxanalarda isə yalnız bir otaqda bir tibb işçisi test götürür. Növbədə isə 500-ə qədər adam olur. Növbələrdə insanların şəxsiyyəti alçaldılır, sındırılır və qızdırma içində yanan xəstələrin vəziyyəti daha da ağırlaşır. Elə olur ki, gün ərzində növbəyə düşə bilməyən xəstə əliboş evinə dönməli və yolboyu da xeyli insanı yoluxdurmuş olur.
 
Biz hökuməti bu məsləyə də təcili tədbir görməyə səsləyirik. Nədən hər bri xəstəxanada test otaqları olmasın? Nədən hər bir xəstəxanda 3 otaq və tibb işçiləri ayrılmasın? Vətəndaşlara bu cür münasibət nə dərəcədə haqlı və məntiqlidir?
 
 
MCP hökuməti təcili tədbirlər görməyə və bu barədə ictimaiyyəti məlumatlandırmağa çağırır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol