"İndi ay Əli, səni dinləyərlər, çəpik çalarlar, amma səs verməzlər"

13:58 25-08-2021 | icon 731 | Siyasət
"İndi ay Əli, səni dinləyərlər, çəpik çalarlar, amma səs verməzlər"

Razi Nurullayev: "Elə bilirsən İlham Əliyevin adını çəkməklə özünə müxalifət imici qazandıracaqsan?"

 

"Kim nədən çox danışırsa, özündə o keyfiyyətlərdən az olur. VİP sədri var, Əli Əliyev. Sözünü şərəf, vicdan, düzlük və ədalətlə başlayır. Özündə olmayandan danışdıqca da, o qədər həyacanlanır ki, ağzı tüpürcəklə dolub-daşır. İşi-gücü də əsasən müxalifəti vurmaq və ancaq özünü müxalifət hesab etməkdir. Bu adam elə bilir ki, müxalifətçilik psixi xəstə kimi başını əsdirmək, dəli kimi hərəkətlər etmək, başqalarını söymək və təhqir etməkdir. O qədər əsəb və stres keçirir ki, adamın ağzı əyilir".




Versus.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.


R.Nurullayev qeyd edib ki, bu adam mütləq psixoterapevtə müraciət etməlidir:

 

"Adama yazığım gəlir desəm də, yalan olar. Bir gün səsi ruhi xəstəxanadan gələcək. Bu adama demək lazımdır ki, sənin bu cəmiyyətə bu günə qədər nə töhfən olub? Deputat olmaq üçün girib-çıxmadığın otaq qalmayıb. Guya sən parlamentə düşsəydin, mandatından imtina edəcəkdin? Yoxsa parlamentə düşüb dağı dağ üstə qoyacaqdın? Axı özünü, emosiyasını, psixi durumunu idarə edə bilməyən adam parlamentə necə seçilə bilər? Bu əhvalatı bilənlər biləcəklər ki, nədən danışıram. Bir nəfər deyib ki, qərara gəlməsəniz, AXCP sədrliyinə özüm namizəd olacam və sədr seçiləcəm. Bir nəfər (Allahın rəhmətinə qovuşub) də qayıdıb ona deyib ki, "ay filankəs, sənə salam verərlər, amma səs verməzlər". İndi ay Əli, sənə qulaq asarlar, dinləyərlər, çəpik çalarlar, amma səs verməzlər. 44 günlük müharibəyə nə töhfə vermisən? Amma mən Razi Nurullayev 1000-dən çox müharibə iştiakçısına kömək etmişəm, əlindən tutub xəstəxanaya aparmışam, vətəndaşların eşidilməyən səsi olmuşam. Sən isə övladlarını müharibəyə göndərməyib, gizlədib sonra vətənpərvərlikdən danışan psixi xəstəsən. 44 gündə sən nə etmisən ki, hələ Prezident İlham Əliyevi hədəf alırsan?! Elə bilirsən ki, İlham Əliyevin adını çəkməklə özünə müxalifət imici qazandıracaqsan? Çünki sənin və sənə bənzər xəstə təfəkkürlü kiçicik siyasətçilər ictimaiyyətdə belə bir fikir formalaşdıra bilib. Əgər əsl müxalifətsənsə, İlham Əliyevi tənqid et. İlham Əliyev 4 Livan dövləti boyda ərazini işqaldan azad edib, sən heç bir qarış da azad edə bilməzdin. Oturub ağzından tüpürcək tökülə-tökülə danışmağa nə var ki?"

 

"Kiçicik siyasətçi kimi tərbiyəsizlik edirsən və bu..."

 

R.Nurullayev vurğulayıb ki, müxalifətçilik o demək deyil ki, hər addımda Pezidenti hədəf alasan:

 

"Seçki-zaddır bəyəm? Bir özünə bax və gör ki, Allah eləməsin, birdən ölkəni sən təmsil edəsən, Azərbaycan “Aşqabat batan” kimi batar. Xəbərin var ki, xeyli insan sənə psix deyir? Sən həm də kiçicik siyasətçi kimi tərbiyəsizlik edirsən və bu, ümumi müxalifətin adına yazılır. Ədalət Vəliyevin adını çəkirsən, təhqiramiz ifadələr işlədirsən və sonra da biz qarışıq hamını təhqir edirsən. Bəs sən kimin uşağısan, ay yazıq? Hörmətli Ədalət Vəliyev ölkənin birinci şəxsi tərəfindən siyasi partiyalarla və Parlamentlə iş üçün müdir təyin edilib. Sən onda ev vergisi vermə, dövlətin qanunlarına tabe olma, yol polisinin əmrinə maşın saxlama, Prezidentin verdiyi heç bir fərman və sərancamlara əməl eləmə. Edə bilərsən? Siyasi partiyalar və Parlamentlə bağlı da şöbəni Prezident yaradıb və dövlət qurumudur. Birbaşa Prezidentdən göstəriş alır. İndi biz nə edək? Dövlətin qanunlarına qarşı çıxaq, deyək ki, Prezidentin verdiyi sərəncamı və təyin etdiyi adamı tanımırıq? İndi Ədalət müəllim partiyalarla görüş keçirməsin, onlara söz deməsin və onlarla işləməsin? Axı bu mümkün deyil, nə bizim, nə də şöbə üçün. Onda gərək Prezident bu şöbəni digər bir fərmanla ləğv edə. O da olmayacaq. Daha səni psix kimi danışmağa vadar edən nədir? Səni, yəqin, yandıran məqamlar var. Ədalət müəllimlə danışmağa biliyin, bacarığın yetməyib. Ora dövlət idarəsidir və Prezident də bilir ki, kimi hara təyin təyin etmək lazımdır. Əlbəttə, iki Prezidentin qarşısında çıxış edən, böyük təcrübəyə malik adam qarşısında cığal uşaq kimi danışmısan, atıblar mitilini çölə. Nağıllarda olan küpəgirən qarı kimi çəkmisən tumanını başına, əl qatmısan özünə, ətrafını cırmaqlayırsan. Küçə uşağı kimi yox, siyasətçi kimi danışmaq və siyasət aparmaq lazımdır. Müxalifətli-iqtidarlı adını çəkdiyin insanların dırnağına dəyməzsən. Deputat Tahir Kərimli həqiqət çarçısıdır, hər zaman haqqın yanında dayanıb. Sən onun getdiyi şərəfli yolun 10 metrini belə saf gedə bilməzsən. Mikayıl Cabbarovu da təhqir edirsən. Mən heç kimi təhqir etmirəm, təhqir təhqir yaradar, adını müxalifət qoyub hamımıza ləkə yaxırsan. Cavabın da öz tərzinə uyğun verilir. Mikayıl Cabbarov iqtidar nümayəndəsi olsa da, haqqı niyə deməyək? Vergidən rüşvəti az qala 100% təmizləyib. Sən isə hər şeyi murdarlamaqla məşğulsan. Müxalifətin üz qarası. Sonda bir müqayisə: televiziyalarda insanların həssas kütləsinə hesablanmış proqramlar olur. Özünün auditoriyası var. Sən isə siyasətin evləndirmə-boşandırma proqramının aparıcısısan. Sənə salam verərlər, amma səs yox. Bunu qulağında sırğa elə və unutma!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi