AXCP: Rəsmi dövlət orqanları məsələyə aydınlıq gətirsin - BƏYANAT

11:03 22-11-2018 | icon 475 | Siyasət
AXCP: Rəsmi dövlət orqanları məsələyə aydınlıq gətirsin - BƏYANAT

 

Əli Kərimli niyə AXCP sədri kimi təqdim edildi?

 

 

17 noyabr 2018-ci il tarixdə Əli Kərimli və bir sıra şəxslər Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş ediblər. Bakı şəhəri Baş Polis İdarəsi ictimai asayişin pozulması və icazəsiz yürüş-mitinq əsası ilə Əli Kərimlini və 41 nəfər şəxsi saxlayaraq Səbail Rayon Polis Şöbəsinə gətirib və barələrində faktla bağlı Səbail rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub. Bundan sonra rəsmi media və hökumətə meylli mətbuat orqanları, eləcə də televiziya kanalları bu məsələyə geniş yer ayırıb, Əli Kərimlini də AXCP sədri kimi təqdim etdilər.

 

Versus.Az-ın məlmatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

 

Qeyd edirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına hazırda iki iddiaçı təşkilat (partiya) var. 2015-ci ilin 18 oktyabrında Razi Nurullayevin rəhbərliyi ilə cəbhəçilər Etimad Qurultayı keçirərək partiyanı yenidən formalaşdırıb. Həmin il azlıqda qalan Əli Kərimli tərəfdarları da qurultay keçirib. Hər iki tərəf qurultayda qəbul olunmuş sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edib. Amma Ədliyyə Nazirliyi bir partiya adına iki iddiaçı olduğu üçün hər iki tərəfi də rəsmi olaraq qeydiyyata almaqdan imtina edib. Yəni, hüquqi baxımdan bu gün nə Razi Nurullayevin rəhbər olduğu, nə də Əli Kərimlinin rəhbər olduğu təşkilat (partiya) Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq AXCP kimi qeydiyyata alınmayıb, nə Razi Nurullayev, nə də Əli Kərimli AXCP sədri kimi tanınmır. AXCP-nin partiya kimi qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rədd edildiyindən Razi Nurullayevin rəhbəri olduğu AXCP aidiyyəti üzrə olaraq müvafiq qaydada məhkəməyə müraciət etmiş və iş icraata qəbul edilmişdir. Hal-hazırda da iş mahiyyəti üzrə baxılmayıb, saxlanılıb. Odur ki, rəsmi dövlət orqanlarının və eləcə də rəsmi dövlət media qurumlarının Əli Kərimlinin AXCP sədri kimi qələmə verməsi ən adi halda Azərbaycan Respublikası qanunlarına hörmətsizlik olmaqla yanaşı, eləcə də rəsmi dövlət orqanlarının bir-biri ilə əlaqəsizliyinin göstəricisidir.

 

Qeyd edilən hallar işin hüquqi tərəfidir. 2018-ci il Azərbaycan Respublikası Prezident seçkilərində AXCP sədri Razi Nurullayev “Cəbhəçilərin təşəbbüs qrupu”nun irəli sürdüyü Prezidentliyə namizəd kimi qeydə alınıb, bütün rəsmi orqanlarda, eləcə də rəsmi media qurumlarında, həmçinin bütün dünya informasiya agentliyi məhz Razi Nurullayevi AXCP sədri kimi Prezidentliyə namizəd qismində mübarizəyə qoşulması və bu informasiyanın hökumət və rəsmi orqanlar tərəfindən qəbul edilməsi fonunda, indi Əli Kərimlinin AXCP sədri kimi təqdim etməsi cəmiyyətdə ikitirəlik yaratmaqla, çaşqınlığa səbəb olmaqla yanaşı həm də hökumət və rəsmi dövlət orqanları özləri özlərini təkzib etməklə ziddiyyətli hal yaradırlar. Rəsmi dövlət orqanları tərəfindən Əli Kərimlinin həm hüquqi, həm də mənəvi haqqı olmadığı halda, görünən ziddiyyətlər fonunda AXCP sədri kimi təqdim edilməsi onun hökumət orqanlarının “işi”nə yaramasına əsaslı və təkzibedilməz sübutdur.

Odur ki, rəsmi dövlət orqanları qeyd edilən məsələyə aydınlıq gətirməli və mövqeyini açıqlamalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI