Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır?

10:36 31-08-2021 | icon 346 | İqtisadiyyat
Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır?

Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda artıq su sərfiyyatı yazıldığı ilə qarşılaşırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında mübahisə yaranır.

 

Bu barədə açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib.

 

Bildirib ki, sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır:

 

“Orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır. Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır”.

 

Qurum rəsmisi bildirib ki, bu istiqamətdə vətəndaşlar mütəmadi məlumatlandırılırlar:

“Hazırda yay mövsümü ilə əlaqədar insanlar müxtəlif yerlərə gedirlər. Evdə olmadıqlarından və ya az müddət qaldıqlarından, yazılan orta sərfiyyat real sərfiyatdan yüksək ola bilər. Vətəndaşlar bilsinlər ki, dediyim kimi sonradan proqramsal olaraq avtomatik qaydada dürüstləşmə aparılır. Proqram təminatı elə qurulub ki, 1 kubmetr belə artıq və əskik sərfiyyat hesablana bilməz.

Bizim mexaniki sayğac göstəricilərinin təqdim olunması və hesab bildirişinin alınması ilə bağlı elektron xidmətimiz də var. Vətəndaşlar öz sayğaclarının şəklini çəkib, sayğac nömrəsini yazmaqla, “Azərsu” ASC-nin saytından, elektron hökumət portalından, elektron xidmətlərimizdən, həmçinin “Azərsu” ASC-nin “Facebook” səhifəsinin messencer bölməsindən də göstəriciləri rahatlıqla təqdim edə bilərlər ki, kənarlaşmalar olmasın”. /Trend.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu