Çingiz Abdullayev koronavirusa yoluxub

12:53 31-08-2021 | icon 249 | Cəmiyyət
Çingiz Abdullayev koronavirusa yoluxub

Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı COVID-19 virusuna yoluxub. Xalq yazıçısı hazırda klinikaların birində müalicə olunur. Vəziyyəti stabildir.

 

Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub. Bu barədə məlumat verən yazarın sözlərinə görə, hazırda o, xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir.

 

Məlumat üçün bildirək ki, Xalq yazıçısı əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.

 

1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professorudur. H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

 

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan yazar 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

 

Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub.

 

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. /Sputnik.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi