Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə hərbi təlim keçirəcək
“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.
Versus.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib:
“Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirləri işlənəcək”.
Xatırladaq ki, ilk dəfə olaraq İranda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının “Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"