DÇ-2022-nin seçmə oyunu

09:29 01-09-2021 | icon 933 | İdman
DÇ-2022-nin seçmə oyunu

Azərbaycan millisi “cırtdanlar”a qarşı

 

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə mərhələ oyunlarına start veriləcək.

 

Versus.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması bu gün növbəti sınağına çıxacaq. İlk iki turda xal qazana bilməyən Canni De Byazinin yetirmələri bu dəfə səfərdə Lüksemburqun qonağı olacaq. 

 

Komandamız ölkə baxımından “cırtdan” olan, amma futbolda inkişafda olan rəqibi ilə görüşdə ilk xal üçün mübarizə aparacaq. Qrupda sonuncu pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq. Bu matçda “Qarabağ”ın milliləşdirilmiş xorvatiyalı futbolçusu Filip Ozobiçin yığmamızda debüt edəcəyi gözlənilir.

 

Xatırladaq ki, indiyədək Lüksemburqla beş dəfə qarşılaşmışıq. Tərəflər hərəyə bir dəfə qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb. Komandalar arasında sonuncu qarşılaşma da məhz Lüksemburqda olub. Ötən il noyabrın 17-də millimiz UEFA Millətlər Liqasının qrup oyunu çərçivəsində rəqibi ilə qolsuz heç-heçəyə razılaşıb.

 

Qeyd edək ki, millimiz bunadək seçmə mərhələdə qrup liderlərinə – Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) uduzub.

 

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

1 sentyabr

22:45 Lüksemburq – Azərbaycan

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Lüksemburq. “Stad Lüksemburq”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı