Bu universitet tədqiqat universitetinə çevriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədqiqat universiteti statusunun tələblərinə uyğunlaşdırılması ilə əlaqədar zəruri tədbirlər görülür.
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Doktorantların və Gənc Tədqiqatçıların XXII Respublika Konfransında çıxışı zamanı deyib.
Rektorun sözlərinə görə, ötən 100 il ərzində Azərbaycan elmi böyük inkişaf yolu keçib və bu prosesdə ADPU-nun da rolu olub.
C.Cəfərov ADPU-nun 2021-ci ildə 100 yaşını qeyd ediləcəyini də söyləyib.
Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə böyük qiymət verdiyini xatırladan rektor əlavə edib ki, hələ 3 il əvvəl Azərbaycanda qəbul imtahanlarında 500 baldan yüksək bal toplayararaq elektron ərizəsində müəllimlik ixtisasını 1-ci yerdə qeyd edən abituriyentlərin sayı 102 olduğu halda, 2018-ci ildə belə abitutiyentlərin sayı 2 096 olub. ADPU üzrə isə belə abituriyentlərin sayı isə 566 nəfər olub:
"Bu, ADPU üzrə nəticələrin 22 dəfə yaxşılaşması deməkdir. Bu gənclər bizə gələcək illərdə elmi tədqiqatlarda böyük ümidlər vəd edir. İndi əsas iş bu gənclərə nəyi necə öyrətməyimizdən asılıdır".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"