Gəncədə qadın qətlinin detalları

10:50 01-09-2021 | icon 659 | Hadisə
Gəncədə qadın qətlinin detalları

Hadisə yun çırpmaq üstündə olub

 

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

 

Hüquq-mühafizə orqanlarından Versus.Az-a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub.

 

Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. Bu zaman 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova ondan binanın qarşısında yun çırpmamasını istəyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

 

Bu zaman M.Əhmədova kəsici-deşici alətlə S.Məmmədovanın ürək nahiyəsinə zərbə endirib.

 

O, hadisəni törətdikdən sonra Qazax rayonuna qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

 

M.Əhmədovanın psixoloji problemləri olduğu bildirilir.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hazırda istintaq davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı