Aytən ATV-dən getdi

12:57 02-09-2021 | icon 823 | KİV
Aytən ATV-dən getdi

Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.

 

Bu haqda o, açıqlamasında bildirib ki, bir neçə kanaldan təklif alıb:

 

“Altı il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

 

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim. 

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.

Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qurumdan da təklif gəldi. Düşünürəm, hələ qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəyəm. Harada olsam da, yenə reytinqli layihə aparacağam”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür