Müxalifəti Şuşaya niyə aparmırlar? - iqtidardan və partiyalardan reaksiya

15:40 02-09-2021 | icon 425 | Siyasət
Müxalifəti Şuşaya niyə aparmırlar? - iqtidardan və partiyalardan reaksiya

İşğaldan azad edilən Şuşaya ziyalıların, tanınmış mədəniyyət xadimlərinin səfərlərinin təşkil olunması ölkədəki siyasi təşkilatları da dilə gətirib. Partiyalar tez-tez istəklərini çatdırırlar ki, onların da Şuşaya səfəri təşkil olunsun. “Yeni Müsavat” xatırladır ki, bundan öncə partiya sədrlərinin Ağdama səfəri baş tutmuşdu. Amma bəzi partiyalar - məsələn, Müsavat imtina etmişdi. Hətta gedənləri “avtobus müxalifəti”adlandırmışdılar. Bununla belə, Müsavat başqanı Arif Hacılı Ağdama yox, Şuşaya getmək istədiklərini qeyd etmişdi. Ancaq hələlik siyasi partiyaların sədrləri azad edilmiş Şuşanı görməyiblər. Bunu hakimiyyətin müxalifətə qərəzli münasibəti kimi qiymətləndirənlər də var. Bəzi siyasilər bu cür fikirlərində ədalətlidirmi? Bəs müxalifət partiyaları niyə Şuşaya aparılmır? Bizim bilmədiyimiz hansısa qaranlıq məqamlar varmı? Hansı təşkilatlar Şuşa səfərinin təşkilini arzulayırlar?

Ümumən, 30 ilə yaxın bir müddət ərzində düşmən tapdağında qalan, hazırda işğaldan azad etdiyimiz torpaqları ziyarət etmək kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının müqəddəs arzusudur.

Versus.az Yeni Müsavata istinadla bildirib ki, hakim partiyadan deputat olan Elman Nəsirov  "bu məsələdə ayrı seçkilikdən söhbət gedə bilməz" deyib.

 “Əsas məqsəd budur ki, müxtəlif siyasi partiyalar, ziyalılar, vətəndaş cəmiyyəti nümayəndələri, media öz gözləri ilə azad edilmiş ərazilərimizi, erməni vandalizmini, işğaldan sonra Qarabağın necə bərpa olunduğunu görsünlər. Görsünlər ki, Şuşa Qarabağın incisidir və hansı səviyyədə işlər görülür. Eyni zamanda bu səfərlərlə erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırmaq niyyəti var”.

Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

E.Nəsirov qeyd etdi ki, deputatlardan da məhdud sayda millət vəkili Şuşada olub: “Mən özüm də Şuşada olmamışam. Bu səfərlər mərhələli aparılır. Ancaq mənim çox böyük arzumdur, parlamentin növbəti sessiyasında Qarabağın bərpası ilə bağlı qanunvercilik aktları Şuşada qəbul olunsun. Ona görə kimsə narahat olmasın, hər kəsə növbə çatacaq. Elə bir azərbaycanlı olmayacaq ki, Şuşaya getməsin, görməsin. Əgər kimsə görməyəcəksə, deməli, özünün istəyi olmayıb”.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə: “Müraciət kimi bir jest etik olmazdı, hakimiyyətdən təşəbbüs olmalıdır”

AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, Şuşaya siyasi partiya rəhbərlərinin dəvət olunmasının tərəfdarıdır: “Açığı, bunu gözləyirik. Bir dəfə Ağdama səfər oldu. Gözlənilirdi ki, davamı gələcək. Bu barədə müraciətimiz olmayıb. Amma bu səfər təşkil olunmalıdır. Siyasi partiyalar 44 günlük müharibədə dövlətin və ordunun yanında oldu. Biz də azad edilmiş əraziləri görməyi arzu edirik. Ümumiyyətlə, hər bir vətəndaşın haqqıdır. Amma müraciət kimi bir jest etik olmazdı, hakimiyyətdən təşəbbüs olmalıdır”.

AMİP sədri hesab edir ki, partiyalar Qarabağa səfər etməklə görülən işlərlə tanış ola və beynəlxalq ictimaiyyətə çatdıra bilər: “Ağdam səfərindən sonra işğal və sonrakı dövrün fotolarını 100-dən çox ölkədə əməkdaşlıq etdiyimiz təşkilatlara göndərmişik. Bu gün erməni və onlara havadarlıq edənlərin təbliğatı fonunda siyasi partiyaların da üzərinə yük düşür. Yaxşı olardı ki, Şuşaya gedək, gördüklərimizi dünyaya çatdıraq”.

Qulamhüseyn Əlibəyli: “Partiyalar tamaşaya getmirlər, müəyyən əlaqələri var”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli düşünür ki, burada ayrı-seçkilik görmür: “Artıq Şuşaya səfərlər adi hal alıb. Təkcə dövlət başçısı yox, sadə insanlar da gedirlər. Məncə, siyasi partiya sədrlərini nəzərdən qaçırmazlar. Üstəlik, partiyalar tamaşaya getmirlər, müəyyən əlaqələri var, beynəlxalq ictimaiyyətə gördüklərini çatdıra bilərlər”.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyib ki, təhlükəsizlik qaydalarına görə, siyasi partiyalar və vətəndaşlar özləri qərar verərək azad olunan ərazilərə səfər edə bilmirlər: “Bunu anlayışla qəbul edirik. Çünki mina təhlükələri qalıb. Ona görə dövlət tərəfindən səfərlərin təşkili başadüşüləndir. Ağdam səfərinə rəsmi dəvət gəlmişdi və partiyalar müsbət reaksiya vermişdilər. Əgər Şuşaya da dəvət olsa, bunu əksər partiyalar xoş qarşılayacaqlar”.

N.Cəfərli hesab edir ki, sadəcə, Şuşaya gedişin bir mənası olmalıdır: “Məsələn, YAP-la bir dəyirmi masa təşkil olunub problemlərin həlli barədə, Azərbaycan - Ermənistan münasibətləri haqda müzakirə açılarsa, çox faydalı olar. Yəni şəkil çəkdirmək səfəri olmamalıdır”.

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

AĞ Partiyanın başqan müavini Əhəd Məmmədli qeyd edib ki, biz müharibəni udduq, düşündük, əvvəlki Azərbaycan olmayacaq: “Amma deyəsən, müxalifətə iş düşəndə lazım oluruq. Kim hakimiyyətə yaxındırsa, onları aparırlar, müxalifət dəvət olunmur. Təkcə hakimiyyətə yaxın olanlar deyil, vətənə və millətə yaxın olanlar aparılmalıdır. Məsələn, Şuşada Prezidentlə siyasi partiyaların rəhbərlərinin görüşü nə gözəl addım olardı. Türkiyə nümunəsini götürmək lazımdır”. Ə.Məmmədlinin fikrincə, siyasi təşkilatların sədrləri Şuşaya səfər etməklə beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edə bilər: “Erməni işğalının nəticələrini və Qarabağda bu gün görülən işləri təqdim etmək olardı. Hər halda, hakimiyyətdən bu dəvət gələcəyini gözləyirik”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı