Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sistemi yaradılır

14:46 22-11-2018 | icon 628 | Gündəm
Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sistemi yaradılır

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, tibb işçiləri üçün nəzərdə tutulan seminarda Səhiyyə Nazirliyinin, Elmi Tədqiqat Pediatriya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Bakı baş Səhiyyə İdarəsinin, İSİM-in mütəxəssisləri, həkimlər iştirak ediblər.

 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, ölkəmizdə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib. O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

 

Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib. Ekspert ümumi səhiyyə sistemlərinin qiymətləndirilməsi üzrə ən çox istifadə edilən təhlil metodları, əsas göstəricilərdən istifadə barədə ətraflı məlumat verərək, Azərbaycan üzrə uşaqların sağlamlıq göstəciləri ilə bağlı geniş təqdimatla çıxış edib.

 

Qeyd edək ki, Southampton Universitetinin Sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin