Xankəndində cəfəng “Artsax” tədbiri - MÜNASİBƏT

20:05 01-09-2021 | icon 688 | Siyasət
Xankəndində cəfəng “Artsax” tədbiri - MÜNASİBƏT

“Bunun onlara baha başa gələcəyi bildirilməlidir”

 

Sabah Qarabağda qalan erməni tör-töküntüləri Xankəndində cəfəng “Artsax”ın müstəqilliyinin 30 iliyi ilə bağlı tədbir keçirəcək. Hər halda erməni təxribatçıları bu istiqamətdə hazırlıqların getdiyini və bu prosesdə Rusiya sülhməramlıların  onlara yardım etdiyi barədə xəbərlər yaymaqdadır. Azərbaycan ictimaiyyəti ermənilərin bu həyasızlığına qarşı ciddi şəkildə etiraz edir, hətta Dəmir Yumruğun işə salınması ilə bağlı tələblərlə çıxış edirlər. Erməni təxribatı bu sərsəm iddiaları ilə nəyə nail olmağa çalışır və Azərbaycan hansı addımları atmalıdır?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən “İkili Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan özünün ərazi bütövlüyünü əldə edib və işğal altında olan torpaqlarını geri qaytarıb.

 

 

 

 

“Etiraz bildirilməlidir”

 

Onun sözlərinə görə, Xankəndində qalan ermənilər guya “Arsax”-ın müstəqilliyi ilə bağlı tədbir keçirməklə şou göstərirlər:

 

“Azərbaycan ərazilərində qalan ermənilər şou göstərməklə məşğuldurlar. Ermənilərin sabaha düzənləmək istədiyi bu cəfəng əməl də növbəti təxribat xarakteri daşıyır. Ermənilər bu cür hərəkətləri ilə Azərbaycan ictimaiyyətini qıcıqlandırmaqla məşğuldurlar”.

 

V.Rəhimzadə “Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır”-deyə bəyan edərək, bunu Azərbaycanda yaşayan ermənilərin, onların başıpozuq siyasətçilərinin də çox gözəl bildiyini deyib:

 

“Ermənistanın Sarkisyan, Paşinyan hakimiyyətləri çox yaxşı bilir ki, bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır. Sadəcə olaraq reallıq budur ki, ermənilər çirkin əməllərindən əl çəkmir”.

 

V.Rəhimzadə hesab edir ki, ermənilərin sülhməramlıların iştirakı ilə belə bir tədbir keçirməsinə qarşı həm ictimaiyyət, həm də Azərbaycanın aidiyyatı dövlət qurumları tərəfindən etiraz bildirilməlidir:

 

 

 

 

“İşğalçı ermənini elə bir günə salacağıq ki, özləri çəkinəcəklər”

 

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu gün  erməni kimiləri durub Xankəndində hansısa bir hoqqa çıxarıb addımlar atacaq. Çünki hələ ki, ermənilərlə məsələmiz addm-addım çözülməkdədir:

 

“Sərhədlərin delimitasiyası aparılır və Xankəndiyə tam nəzarətimizlə bağlı işlər gedir. Ona görə də hələ ki, ermənilərin belə təxribat xarakterli addımları olacaq. Əvvəllər də belə hallarla rastlaşmışıq. Ermənilərə dərs veriləndən sonra artıq bir çox ərazilərimizdə, eləcə də Şuşada bu təxribatlar dayanıb.  Xankəndidə olan ermənilər müstəqillik iddialarını bir təsəvvür kimi ortaya qoymağa çalışırlar. Azərbaycan isə addım-addım ermənilərin bu ideyalarını, iddialarını sındırmaqla məşğuldur.

Biz tədricən bunun kökünü kəsəcəyik, orda olan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməyə məhkum olacaqlar.  Başqa alternativləri yoxdur. Ermənilərin bu cür yalançı müstəqillik günü ilə bağlı addımlar atmaları bizi Xankəndi üzərində nəzarətimizin bərpasından hansısa bir şəkildə yayındıra bilməz. Azərbaycan dövləti bununla bağlı işlər görür və yəqin ki, yaxın zamanlarda ermənilərin hansısa qondarma tədbirlər keçirməyə taqətləri olmayacaq”.

 

F.Mustafa hesab edir ki, ölkə ictimaiyyəti ilə yanaşı dövlət də bu məsələyə kəskin reaksiyanın hərbi təzyiq formasında verilməsini mümkün saydı. Onun sözlərinə görə, bu məsələlər gündəmdədir:

 

“Amma kimlərsə birdən-birə bu problemin həllini gözləyirsə,  yaxud da bunu bəhanə edib Azərbaycan dövlətinə qarşı hansısa bir ittihamlar səsləndirirsə, bu düzgün deyil və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan sərhədlərdə möhkəmləndikcə, biz bu işğalçı erməniləri elə bir günə salacağıq ki, özəri belə tədbirləri keçirməkdən çəkinəcəklər”.

 

 

 

 

“Görünür təkrar izaha ehtiyac var”

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, sentyabrın 2-də işğal altındakı Xankəndidə planlaşdırılan erməni təxribatına qarşı ya susmalı, ya dövlət səviyyəsində reaksiya verilərək, separatçıların “tədbirinin” və “tədbirə” qatılmaların bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyinə yol açacağı xüsusi vurğulanmalı, bunun onlara baha başa gələcəyi bildirilməlidir:

 

“Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş illərdə Qarabağa tez-tez gələr və ağzına gələni danışardı. Paşinyan müharibədən sonra Qarabağa gəlməyib, çünki bilir ki, bu səfər ona baha başa gələcək. Birincisi, Paşinyanı Qarabağda görmək istəməyən ermənilərin sayı çoxdur, ikincisi Azərbaycan bu səfəri bölgədə gərginliyi artırmaq kimi qiymətləndirəcək, müxtəlif istiqamətlərdə toqquşmalar artacaq. Ona görə də Paşinyan müharibədən sonra Qarabağa gəlməməyə üstünlük verir. Doğru qərardır. Digər tərəfdən keçmiş illərdən fərqli olaraq Ermənistan rəsmiləri Qarabağa helikopterlərlə də gələ bilmirlər. Paşinyan sentyabrın 2-də də  Xankəndiyə gələ bilməyəcək. O, məzuniyyətdə olduğunu bəhanə gətirib. Ermənistan parlamentinin sədri isə həmin tarixdə Vyanada olacaq.

Buna baxmayaraq, Ermənistandan Azərbaycan sərhədini pozaraq Xankəndidəki tədbirə qatılan təxribatçılar olacaq. Aydındır ki, separatçılar müharibə zamanı verdikləri itkilər fonunda “müstəqillik günü”nü təmtəraqla keçirməyəcəklər. Ancaq onlar “əklil qoyma mərasimi” və zalda “toplantı” keçirməklə beynəlxalq aləmə mesaj göndərməyə çalışacaqlar ki, “müstəqildirlər” və Azərbaycan qanunlarına tabe olmayacaqlar. Deməli, Azərbaycanın rəsmi qurumları bu günlərdə beynəlxalq aləmə daha gur səslə “Qarabağın müstəqilliyi anlayışı yoxdur” və “oradakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar” fikrini aşılamalıdırlar. Müdafiə Nazirliyi isə 2 sentyabr gününü separatçılara qarşı bir neçə ünvanlı əməliyyatlarla qeyd etməlidir. Müdafiə naziri Zakir Həsənovun orduya rusiyalı hərbçilərin arxasında gizlənən separatçılara  “vur” əmri əsas götürülməlidir. Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq,  görünür təkrar izaha ehtiyac var. Erməni separatçılarını və onların himayədarlarını daima təzyiq altında saxlamalıyıq. Başqa alternativimiz yoxdur”.

 

 

 

 

“Bu, Qarabağ probleminin bütövlükdə həll olunmadığını göstərir”

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, “Artxasın müstəqilliyi”inin 30-cu ildönümü ilə bağlı separatçı ünsürlərin Xankəndidə tədbir keçirmək niyyətləri Qarabağ probleminin bütövlükdə həll olunmadığını göstərir:

 

“Bu, separatçıları ruhlandırır. Ona görə də onlar məğlubiyyətləri ilə barışaraq qarşıdakı dövr üçün çıxış yolu axtarmaqdansa, erməniləri yeni təxribatlara sövq edirlər. Düşmən üzərində qələbənin ən böyük şərti onların öz məğlubiyyətlərini etiraf etmələri ilə bağlıdır. Azərbaycan ərazisində yaşayan ermənilərin müstəqillik ildönümlərini qeyd etmələri separatçılıqdan başqa bir şey deyil. Ona görə də bu ideyanın təşəbbüskarları qanun qarşısında cavab verməlidirlər. İndiki situasiyada Azərbaycan iqtidarı ölkə qanunlarını Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə tətbiq edə bilmədiyinə görə fərqli yanaşma sərgiləməlidir. Ya Rusiya tərəfindən tələb olunmalıdır ki, bu təxribatçı əməlin yerinə yetirilməsinə yol verilməsin. Yaxud da Azərbaycan ordusu bununla bağlı müvafiq addım atmalıdır. Biz indi iqtidarın Qarabağın işğal altındakı ərazilər üzərində nəzarət imkanlarının nə qədər olduğunu artıq dəqiq biləcəyik. “Artxasın müstəqilliyi”inin baş tutması Rusiya sülhməramlılarının və ermənilərin həmin ərazilərdə söz sahibi olduğunu göstərəcək. Biz əksini arzu edirik. Düşünürəm ki, iqtidarın əlində olan hərbi-diplomatik-hüquqi üstünlüklərdən yetərincə bəhrələnməsi üçün imkan ver. İndi onu reallığa çevirmək vaxtıdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI