Autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

14:54 22-11-2018 | icon 509 | Gündəm
Autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

 

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya  və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a daxil olan məlumatda bildirilir. Qeyd edilir ki, hərracdan toplanmış vəsait “Birgə və Sağlam” İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Hərrac 5 dekabr tarixində, "JW Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq.

 

Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib.

“Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir.

 

Bildiyiniz kimi, bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların müxtəlif digər ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların müxtəlif digər ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə bir sıra müəssisələr öz dəstəklərini təklif edirlər.

 

Bu mənada təşkil edilən hərracın faydalı olacağı danılmazdır.

Məlumat üçün bildirək ki, “Bakutel-2018” sərgi-konfransı çərçivəsində 6-7 dekabr tarixində Bakı şəhərində yerləşən Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq.  Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

 

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı