“Bu, Avropa-Azərbaycan münasibəti üçün pis olacaq”

16:43 22-11-2018 | icon 663 | Siyasət
“Bu, Avropa-Azərbaycan münasibəti üçün pis olacaq”

 

İqbal Ağazadə: “İnandırmalıdır ki, Azərbaycan da Avropanın siyasi coğrafiyasındadır və demokratikləşmə ilə bağlı tələblər qısa zamanda yerinə yetiriləcək”

 

 

“Bu, Şərq Tərəfdaşlığı üçün pis olacaq məsələsi deyil. Bu, Avropa-Azərbaycan münasibəti üçün pis olacaq”.

 

Bunu Versus.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı şərhində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

Partiya sədri bildirib ki, Azərbaycan uzun müddətdir Avropa Birliyi ilə böyük saziş çərçivəsində danışıqlar aparır, ikitərəfli qaydada müqavilələrin bağlanması məsələsi var idi ki, ötən il bir neçə dəfə təxirə salınıb:

 

“Təbii ki, bu, Avropa Birliyini qane eləmir. O cümlədən, Norveçin son günlərdə Azərbaycanda öz səfirliyini bağlayıb Tiflisə köçürməsi və açıq tekstlə deməsi ki, - “demokratik fəaliyyət göstərməsi üçün Tiflisdəki demokratik şərait daha məqbuldur” - hər halda Azərbaycan bu istiqamətdə ciddi düşünməlidir. Gürcüstanda və Ermənistanda Qərb arzusu daha çoxdur.

Ermənistan və Gürcüstandan ABŞ səviyyəsində Dağlıq Qarabağa nümayəndə heyəti gəlir, o cümlədən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələri Dağlıq Qarabağ və başqa ölkələrə dəvətlər alırlar. Bütün bunlar onu göstərir ki, Azərbaycan diplomatik səviyyədə çox böyük uğursuzluqlar burulğanındadır. Bu zolağı qısa zamanda tərk etməsə, Azərbaycan üşün, həm də Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün hüquqi tələblərimizin yerinə yetirilməsi istiqamətində böyük problemlərlə üzləşəcəyik. Azərbaycan böyük bir demokratik açılıma getməlidir. Avropanın içində tərəfdaş seçməlidir, Avropa Birliyi, Avropa Şurası ilə hərtərəfli danışıqlara getməlidir. Lazım olarsa ora müxalifət nümayənələrini də cəlb etməlidir. Bir etimad qrupu yaradılmalı və bu qrup da Avropa Şurası, Avropa Birliyini inandırmalıdır ki, Azərbaycan da Avropanın siyasi coğrafiyasındadır və demokratikləşmə ilə bağlı tələblər ən qısa zamanda yerinə yetiriləcək. Belə olmayacağı təqdirdə Azərbaycanın vəziyyəti çox pis olacaq”.

 

İqbal Ağazadə rəsmi Bakının “Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycan rəsmi nümayəndələrinin dəvət olunmaması Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq” bəyanatını da birmənalı qarşılamayıb. Bildirib ki, bu, Şərq Tərəfdaşlığı üçün pis olacaq məsələsi deyil. Bu, Avropa-Azərbaycan münasibəti üçün pis olacaq:

 

“Azərbaycanın insan haqları, iqtisadi azadlıqlar, korrupsiya, rüşvətxorluq, mətbuat azadlığı və sair indekslərdə vəziyyətin olduqca çirkinləşməsi və yerə düşməsi faktları ortaya çıxacaq. Ona görə də Azərbaycan bu barədə ciddi düşünməlidir. Burada hirs, hikkə ilə yanaşmalar, öz şəxsi mənafelərini hakimiyyət və dövlət maraqlarından üstün tutmaq kimi hallar olmamalıdır”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”