“Əli Əliyevin fikirləri görülən işlərə kölgə salır”

10:27 06-09-2021 | icon 361 | Siyasət
“Əli Əliyevin fikirləri görülən işlərə kölgə salır”

“Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldi. Ordumuz erməni terrorçularını ərazilərimizdən qovdu. Azərbaycan dövləti cənab Preizdent İlham Əliyevin rəhbərliyi altında Şərqi Zəngəzura qayıdış planını uğurla həyata keçirir. Xalqımız proseslərdən məmnundur. Tezliklə keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmasının şahidi olacağıq. Əldə edilən zəfər Azərbaycanın iqtisadi inkişafına, regionda mövqeyini qoruyub saxlamasına, daha da güclənməsinə xidmət etməkdədir. Təəssüflər olsun ki, əldə edilən uğurları, həyata keçirilən işləri görməzdən gələn, düzgün qiymətləndirə bilməyən şəxslər də var. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin son dövrlərdə səsləndirdiyi bəzi fikirlər başqa məqsədlərə xidmət edir. O, populist və reallığı əks etdirməyən çıxışlarla özünə siyasi dayaq tapmaq, müəyyən dərəcədə reytinqini artırmaq istəyir. Nəticə etibarilə o, görülən işlərə kölgə salır”.

Versus.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həımzəyev bildirib.

N.Həmzəyev xatırladıb ki, cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanı dəstəkləyən dövlətlərin adını sadalayıb: “Bilirik ki, dostumuz və düşmənimiz kimdir...”.

Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq istəyən qüvvələr anlamalıdırlar ki, Azərbaycan və Türkiyə qardaş ölkədir, strateji müttəfiqdir: “Hələ bir müddət əvvəl Şuşa Bəyannaməsi imzalanıb. Bu, Azərbaycana ən böyük dəstəkdir. Azərbaycan da həmişə Türkiyənin yanındadır. Ölkəmiz balanslaşdırılmış siyasətini həyata keçirmək gücündə, qüdrətində olan dövlətdir. Heç kəs Azərbaycan və Türkiyə münasibətlərinə kölgə sala bilməz. Təəssüflər olsun ki, Rusiyanı və Belarusu tənqid edən Əli Əliyev vaksin məsələsində həmin dövlətlərdən misallar çəkir. Anlamır ki, pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır. Hazırda güclü dövlətlər vaksinasiyaya üstünlük verirlər. Qardaş Türkiyədə də vaksinasiya ilə bağlı sərt qaydalar tətbiq edirlər. Orada hətta 3-cü və 4-cü doza vaksinlər də vurulmaqdadır. Azərbaycanda vaksinasiya prosesi dövlət tərəfindən həyata keçirilir, xidmət tam ödənişsizdir. Hansısa xoşəgəlməz hal varsa da belə, hüquq mühafizə orqanları tədbir görürlər. Vaksinasiya ilə bağlı manipulyasiyaya ehtiyac yoxdur. Vaksin olunan şəxslər bu bəlanı daha asan sovuşdura bilir. Həkimlərimizin əməyini, dövlətin həyata keçirdiyi işləri yerə vurmaq düzgün deyil. Vaksin olunmaqla həm özümüzü, həm də ətrafdakı insanları qoruyuruq. Kim vaksin vurdurmaq istəmirsə, öz işidir. Dövlət işində, xüsusilə təhsil sahəsində çalışanlar peyvənd olunmalıdırlar. Xidmət sahələrində çalışanların da peyvənd olunması tövsiyə edilir. Hansısa kiçik nöqsanları qabardaraq manipulyasiya etmək düzgün deyil. Tövsiyə edərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi işlərə yalnız dəstək verək. Belə etməklə qarşıya qoyduğumuz məqsədlərə daha tez çata bilərik. Ermənilərin maraqlarına xidmət edən fikirlərin tirajlanmasına yol verməməliyik. Biz birlik və bərabərlik nümayiş etdirməliyik, cənab Prezidentin ətrafında həmrəy olmalıyıq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI