“Leyşmaniozun diaqnozu vaxtında qoyulmalıdır ki...”

11:23 06-09-2021 | icon 1649 | Sağlamlıq
“Leyşmaniozun diaqnozu vaxtında qoyulmalıdır ki...”

Nərminə Abbasova: “Leyşmanioz müalicə olunmasa, yaraların çapıqları ömürlük qalır”

 

Versus.Az-ın “Sağlamlıq” bölümünün bu dəfəki mövzusu Leyşmanioz xəstəliyi ilə bağlı olacaq. Nədir Leyşmanioz? Leyşmanioz insanlar və məməlilərə yoluxan, ya dəri yaralarına, ya da daxili orqanların – dalağın, qaraciyərin, sümük iliyi və sairin zədələnməsinə səbəb olan protozoan xəstəliklər qrupudur. Qeyd edək ki, Leyşmanioz əsasən iki kliniki-patoloji təqdimatda təsnif edilə bilər - dəri leyşmaniozu və visseral leyşmanioz.

 

Leyşmanioz xəstəliyinin müalicəsi və fəsadları barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA ilə söhbətləşdik.

 

İnsanların leyşmanioza necə yoluxmasından danışan həkim terapevt bildirdi ki, Leyşmanioz xəstəliyi ağcaqanadlarla yayılır. Onun sözlərinə görə, xəstəlik insanlara həm heyvanlardan, həm də insanlardan keçə bilər:

 

“Ağcaqanad heyvanları dişləyirsə, onları yoluxdurur, heyvanlar da insanlarla ünsiyyət zamanı bu xəstəliyi onlara keçirir. İnfeksiya keçəndə dəridə yara, xora əmələ gəlir. Leyşmaniozun zoonoz, antroponoz növləri var. Zoonoz növü heyvanlardan insanlara keçir. Bu növə yoluxduqda, xoraların sayı daha çox olur, ikincili infeksiya yanaşı olur. Antroponoz növü insandan insana keçir. Hər iki forma ağcaqanadlar vasitəsilə ötürülür. Onu da deyim ki, bütün ağcaqanadlar leyşmanioz yaratmır, onun xüsusi keçiricisi var. Bu ağcaqanadların adı flebatomus papatasi və flebotomus sergentidir. Görünüşcə adi balaca ağcaqanadlardan fərqlənmir, amma dişləməsi insanı leyşmanioza yoluxdura bilər. Nəzərə almaq lazımdır ki, təbiətdə onların olduğu epidemioloji zonaları var. Su, bataqlıq olan yerlərdə bu ağcaqanadlar çoxdur. Leyşmanioz xəstəliyi şəhərdə də çoxalıb. Bu amil narahatlıq doğurur”.

 

Nərminə xanım qeyd etdi ki, leyşmanioz infeksiyon xəstəlikdir və onun diaqnozu vaxtında düzgün qoyulmalıdır ki, müalicə olunsun. Onun sözlərinə görə, leyşmanioz müalicə olunmasa, yaraların çapıqları ömürlük qalır:

 

“Üzdə olanda insanlar estetik cəhətdən əziyyət çəkirlər. Bu xəstəliyə yoluxma adətən açıq yerlərdə olur. Ağcaqanad da insanın paltarla örtülməyən yerlərini dişləyə bilir.

 

 

Həkim terapevt bu xəstəlik haqqında insanların az məlumata malik olduğunu nəzərə alaraq, leyşmanioza yoluxmanın hansı əlamətlərlə özünü göstərməsindən danışdı:

 

“Ağcaqanad insanı yayda dişləyir. Amma xəstəliyin inkubasiya dövrü - 3-6 həftəyə qədərdir. 3-6 həftədən sonra xırda xora əmələ gəlir. Xoraların əmələ gəlməsi payız aylarına təsadüf edir. Artıq sentyabr, oktyabr aylarında xəstəlik özünü göstərməyə başlayır. Qışa yaxın xəstəlik sönür. May aylarında bu xəstəlik yenidən özünü bildirir, aşkara çıxır. Xəstəlik zamanı dəridə xora əmələ gəlir, bir neçə xora da müşahidə oluna bilər. Xora üzdə, əllərdə, ayaqlarda, yəni ağcaqanadların dişlədiyi yerlərdə əmələ gələ bilər”.

 

Leyşmanioz xəstəliyindən necə qorunmağa gəlincə, Nərminə xanım bildirdi ki, əsas problem natəmizlikdir. Bu xəstəliyin kənd yerlərində daha çox yayıldığını qeyd edən həkim terapevt qeyd etdi ki, kəndə nisbətən şəhər ətrafında yayılma az olur:

 

 

“Ağcaqanad həmişə sulu yerlərdə olur. Bu, epidemik xəstəlikdir. Elə rayonlar var ki, evləri gəzsən, həmişə ailədə kiminsə bu xəstəliyi keçirdiyini görə bilərsən. Maraqlısı budur ki, xəstəlik özündən sonra yüksək immunitet saxlayır. İnsan ikinci dəfə leyşmaniozla xəstələnmir. Xəstəliyin öz-özünə keçib gedəcəyinə gəlincə, buna birillik xora da deyirlər. Bir çox hallarda bir ilə özü müalicəsiz keçir. Leyşmanioza “Aşqabad xorası” da deyirlər. Həmin zonada bu xəstəlik geniş yayılıb. Özbəkistan, Türkmənistan və Aşqabadda visseral leyşmanioz da olur və bu, sinir sistemini və daxili orqanları zədələyir. İnsanlar müalicə olunmasa, qısa zaman ərzində ölürlər. Bizdə visseral leyşmanioz yoxdur. Əsasən dəri leyşmaniozu yayılıb. Yəni, qanla gedib daxili orqanlara çıxmır”.

 

 

Həkim deyir ki, leyşmaniozun müalicəsi bir aya qədər çəkə bilər. Onun sözlərinə görə, gərək xora bağlansın və bunu yaradan mikrobu tapmayana qədər müalicə davam etsin:

 

“Ola bilsin ki, xora bağlansın və bir müddətdən sonra yenidən yaransın. Yəni, artıq xroniki vəziyyət alır. Bu da insanın immunitetindən asılıdır. İstənilən xəstəliyin gedişatı insanın immunitet sistemi ilə bağlıdır”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Leyşmanioz xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”