“Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək”

11:40 06-09-2021 | icon 788 | Siyasət
“Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək”

Pol Qobl: "Bu, Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir"

 

“Füzuli beynəlxalq hava limanının açılışı bütün regionu birləşdirəcək”.

 

Versus.Az xəbər verir ki, bunu ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirib.

 

O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək.

 

Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır:

“Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”.

 

Analitik vurğulayıb ki, bu, rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.

 

Xatırladaq ki, sentyabrın 5-də Füzuli hava limanına ilk təyyarə uçuşu baş tutub. Bakı-Füzuli reysi üzrə uçuş müddəti 35 dəqiqədir.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI