"Şaxsey-vaxsey deməyin sənin cənnət üçün vizan olmayacaq"

09:18 07-09-2021 | icon 1246 | Cəmiyyət
"Şaxsey-vaxsey deməyin sənin cənnət üçün vizan olmayacaq"

Elşad Miri: "Dediyim Qurana ziddirsə, götürün o kitabı başıma çırpın"

 

“Quranda Məhərrəmlik ayı yoxdur. Quranda adı çəkilən yeganə ay Ramazan ayıdır. Biz 44 günlük savaş əsnasında o iki ayı necə qəbul ediriksə, Məhərrəmlik və digər ayları da o cür qəbul eləməliyik”.

 

Versus.Az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri dinimizdəki olmazlar ətrafında danışarkən bildirib.

 

E.Miri bildirib ki, Miladi təqvim yanvar ayından, Hicri təqvim isə məhərrəmliklə başlayır. O, təəssüflə bildirib ki, tarixdə olmuş bir hadisəni din halına gətirərək, bir az da drammatikləşdirib təqdim edənlər insanların ağlaşma qurmasına səbəb olurlar:

“Amma mən həmişə deyirəm ki, əgər siz həqiqətən orada qətlə yetirilən həmin o şəxsi, peyğəmbərin nəvələrindən olan imam Hüseyni sevirsizsə onun kimi dürüst olun, haqsızlığa qarşı gəlməyi bacarın, onun kimi zülmə etiraz eləməyi bacarın. Onun kimi adam olun. Əgər sən adam deyilsənsə gündə 50 dəfə şaxsey-vaxsey deməyin sənin cənnət üçün vizan olmayacaq. Bu sadəcə sənin özünü başqalarına göstərmək üçün riyakarlığın olacaq. Məhəmməd peyğəmbər özü sağlığında ölən 3 qızı, 3 oğlu  3 həyat yoldaşına görə belə bir mərasimlər təşkil edibmi. Həmin günlərdə sevinməyin haram olduğunu bildiribmi. Həmin günlərdə kim toy edərsə, övladının şikəst olma ehtimalının olduğunu iddia edibmi. Heç bir zaman. Bunlar uydurmalardır”.

 

E.Miri Məhərrəmlik ayında bir çox insanların daha çox Məscidlərə, dini yerlərə gedərək xəstə uşaqlarını aparıb daşları öpdürmələrini, hansısa arzularına çatmaları üçün bir çox ritualların dini inancla bağlı olmadığını deyib:

“Bu inanc deyil, bu mövhumatdır, bu xurafatdır. Bu Allahın bizdən istədiyi bir din deyil. Siz faktiki olaraq Ərəbistana getdiyiniz zaman da belə halların şahidi ola bilərsiz. Orda şahid oldum ki, qadınlar qızının paltarını gətirib Hirə mağarasına sürtürdülər ki, qayıdanda övladı dünyaya gəlsin. Yaxud da gəlib Kəbənin özünə paltarını sürtüb onu müqəddəsləşdirmək istəyən insanlar var. Bu cür daşları, əşyaları götürüb müəyyən dəyərli hala gətirib təqdim eləmək fedişizmdir. Baxırsınız ki, hardasa bir ayaq izinə deyirlər ki, İbrahim peyğəmbərin ayaq izidir. Bu gün Bakının kəndlərində guya imam Əlinin Azərbaycandakı ayaq izi var. Gədəbəydə Hacı Qaya adlandırılan yerdə guya İmam Əlinin Zülfüqarla kəsdiyi daş var. Bunlar din deyil axı. Bunlar daş kəsmək üçün yox, insanlara haqqı çatdırmaq üçün gəliblər”.

 

E.Miri hesab edir ki, bu cür yanaşmalar bilgisizlikdən, cəhalətdən yaranır. Onun sözlərinə görə, həqiqətən insan bilmədiyinin düşmənidir:

“Və yaxud da xristianlıqda olduğu kimi, İsa peyğəmbəri Allahın oğlu kimi təqdim eliyib bütləşdirirlər.  Allah yerinə çıxardırlar. Bu gün də təəssüflər olsun ki, bəzi şəxsləri, hadisələri bütləşdiririk. Bunun arxasında bəzən siyasi maraqlar olur.  Siyasi maraqlara dini don geyindirib bunu din kimi bizə təqdm edirlər. Biz də həmin məsələlərlə bağlı danışanda həmin dinə, həmin yanlışa inanan adamların gözündə düşmən oluruq. Sənə Allahsız da deyirlər, dinsiz də deyirlər, ateist də deyirlər, deist də deyirlər, masson da deyirlər. Desinlər. Mən deyirəm ki, əgər mənim dediyim Qurana ziddirsə götürün o kitabı başıma çırpın. Ona görə deyirəm ki, açın özünüz baxın. Məsələn, mən deyirəm ki, filan ayənin filan surəsində belə deyilir. Yaxud yalnış tərcümə varsa, onun doğrusunu Qurana əsasalanaraq insanalara təqim edirəm. Ona görə bizim yeganə məqsədimiz islamın yeganə mənbəyi olan Qurana səsləməkdir. Yaxud da Quran, İslam adı ilə bizə uydurulan yanlışlardan təmizlənməkdir”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı