Radikal müxalifətdən hakimiyyətə “Xankəndi hücumu” - deputatdan reaksiya

09:59 07-09-2021 | icon 336 | Siyasət
Radikal müxalifətdən hakimiyyətə “Xankəndi hücumu” - deputatdan reaksiya

Aydın Mirzəzadə: “Bu qüvvələrdən daha çox təhqir görürük, konstruktiv təklif görmürük”

 

Hakimiyyət Qarabağ məsələsinin həll edildiyini, ərazi bütövlüyünün təmin olunduğunu deyir. Radikal müxalifət adlandırılan siyasi düşərgə isə israrla iddia edir ki, yox, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməyib, əksinə, hazırkı durum ziyanımızadır. Əslində vəziyyət necədir? Reallıq bu iki fikrin sintezindənmi ibarətdir? Böyük bir ərazi işğaldan azad edilib, Azərbaycan 30 ildən sonra torpaqlarını geri qaytarıb. Amma iş tam bitmiş deyil; Xankəndi, Xocalı şəhəri və s. ərazilər hələ də ermənilərin nəzarətindədir. Hakimiyyətin rəqibləri bunu vaxtaşırı əsas arqument və fakt kimi qabardır. Bəs Qarabağda nə zaman Azərbaycan öz nəzarətini tam təmin edə biləcək?

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, ötən ilin 10 noyabr tarixindən Azərbaycan 200 ildən çox müddətdən bəri onun üzərində olan ağır yükü çiyinlərindən atdı:

 

“Dağlıq Qarabağ məsələsi 30 ilin məsələsi deyildi. Ermənilərin kütləvi surətdə Azərbaycan xanlıqları müstəqilliklərini itirəndən sonra Azərbaycan ərazilərinə köçürülməsi ilə böyük bir problem başlanmışdı. Bu problem zaman-zaman Azərbaycan cəmiyyətinə təzyiq göstərirdi, Azərbaycanı sıxışdırmağa, burada azərbaycanlılarsız bir erməni ”dövləti" yaratmağa yönələn çirkin siyasət aparılırdı. Amma Azərbaycan xalqının torpağına bağlılığı, zaman-zaman tarixin səhnəsinə onun sözünü deyən, onun problemlərini həll edən dəyərli oğul və qızlarını çıxarması sonda problemin həllinə gətirib çıxartdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçiliyi, indiki Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi və möhkəmləndirməsi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə səbəb oldu. Dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Ermənistanın xaricdə böyük dayaqlarına və mənbəyi bilinən və bilinməyən hərbi maddi dəstəyinin olmasına baxmayaraq, Azərbaycan dövləti Ermənistanı öz yerində otuzdura bildi. Bunun nəticəsidir ki, bu işğaldan azad olunan zonalarda böyük quruculuq işləri gedir. Problem əsasən həll edilib. Bundan sonrakı məsələlərdə mərhələ-mərhələ öz həllini tapacaq. Bu gün ərazimizin bir hissəsi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altındadır və 10 noyabr üçtərəfli sazişində göstərilib ki, həmin sülhməramlılar 5 il müddətinə yerləşib. İki gün öncə Prezidentin köməkçisi Hikmət Hacıyev onların hüquqi statusu ilə bağlı artıq müəyyən danışıqların getdiyi anonsunu verdi. Azərbaycanın öz ərazisində baş verən bütün hadisələrə aidiyyəti var və həmin hadisələr Azərbaycanın müstəqilliyi, milli maraqları çərçivəsində həll edilir. Rusiya bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıyır və nəzarəti altında olan ərazidə hər hansı bir addım atılırsa, Azərbaycan hakimiyyət orqanları ilə məsləhətləşdirilir və artıq həmin ərazidən Azərbaycan hərbi texnikasının, bərpa işləri üçün avadanlıqları, materialları daşıyan mülki yük maşınlarının vaxtaşırı keçməsi adi hal sayılır. Bunun özü də vacib bir məqamdır. Bir il bundan əvvəl Azərbaycan radikal müxalifəti “bir kənd göstərin ki, işğaldan azad olunub, bir kənd göstərin ki, işğaldan azad etməyə qadirsiniz” deyərək hakimiyyəti ittiham edirdi . Baxmayaraq ki, hakimiyyətin diplomatik, həm hərbi cəhətcə gördüyü işlər kifayət qədər böyük idi. İndi rayonlarımız, yüzlərlə kəndlərimiz işğaldan azad edilib, Azərbaycan-Ermənistan sərhədi bərpa olundu və Ermənistanın Azərbaycana qarşı istənilən təxribatına çox ciddi cavab verilir. Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox ciddi işlər aparılır. Bütün bunlar tarixi hadisələrdir, tarixi bir prosesdir. Amma çox təəssüf ki, bu hadisələrə sevinənlərin içərisində radikal müxalifətin liderlərini və təşkilatlarını görmürük. Çox təəssüf ki, bu prosesdə öz töhfəsini vermək üçün təklifləri onlardan görmürük".

 

“Bu qüvvələrdən daha çox təhqir görürük, konstruktiv təklif görmürük”

 

Deputat deyib ki, müharibə dövründə və müharibədən sonra uzun müddət susan, “hakimiyyəti daha nədə tənqid, ya da təhqir edək” deyə düşünən həmin müxalifətçilər bu gün Xankəndi, Xocalı, Ağdərə məsələsini qaldırır: 

 

“Maraqlıdır, həmin ərazilərimizdə də Azərbaycan bayraqları qaldırılandan sonra radikal müxalifət liderləri hansı bəhanə ilə özlərinin internet kanallarına çıxacaqlar?! Bu məsələlərin reallaşması çox da uzaqda deyil, həmin məsələlər öz həllini tapacaq. Gözlənilən idi ki, radikal müxalifət liderləri Prezidentimizə təbrik və təşəkkür məktubu ünvanlayaydılar. Azərbaycan hakimiyyətinə müraciət edərək bir vətəndaş kimi Ağdamda, Şuşada olmaq istədiklərini bildirəydilər. Hakimiyyətə qarşı yenə də müxalifətdə qalaydılar, amma dövlətə, xalqa, şərəfli tariximizə müxalif olmayaydılar. Çox təəssüf ki, biz radikal müxalifəti xalqımıza və şərəfli tariximizə müxalifətdə görürük”.

 

A.Mirzəzadə qeyd edib ki, radikal müxalifətin Azərbaycanda elə bir böyük sosial bazası yoxdur. Müxalifət o vaxt güclü olur ki, iqtidar zəif olur, öz üzərinə düşən vəzifələri yerinə yetirmir:

 

“Əgər iqtidar böyük bir tarixi missiyanı yerinə yetiribsə, Azərbaycanın nüfuzunu qaldırıbsa, iqtisadiyyatı gücləndiribsə, buna müxalifətdə olanlar güclü sayıla bilməzlər. O başqa məsələdir ki, biz bu gün radikal müxalifəti ancaq sosial şəbəkədə görürük. Onların hansısa bir regiona gedib insanların problemləri ilə maraqlanması, hansısa bir əsaslı məsələni diqqətə çatdırıb həllinə dair ciddi təkliflərini görmürük. Əslində müxalifət tənqid edib, təklif verməlidir. Biz isə radikal müxalifətdən daha çox təhqir görürük, konstruktiv təklif görmürük”. /Musavat-com/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı