“Ermənistanın cinayətlərini dünyaya çatdırmaq üçün çox iş görməliyik” - deputat

10:04 07-09-2021 | icon 605 | Siyasət
“Ermənistanın cinayətlərini dünyaya çatdırmaq üçün çox iş görməliyik” - deputat

Asim Mollazadə: “Ən yüksək səviyyəli hüquqşünasları işə cəlb etməliyik, həm təzminat, həm hərbi cinayətkarların mühakiməsi üçün...”

Erməni terrorizmi təkcə 1-ci Qarabağ savaşında yaşanmayıb. 44 günlük müharibədə də düşmən sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirdi. Versus.az  xatırladır ki, qadağan edilmiş kasset raketlərlə Tərtər, Bərdə, Gəncənin bombalanması, onlarla mülki insanın həyatını itirməsi erməni terrorunun dəyişməyən siması idi.

Halbuki Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad edərkən ermənilərin məskunlaşdığı torpaqlarımızda öz humanizmini bir daha nümayiş etdirdi, bir mülki məntəqə hədəfə alınmadı, bir dinc erməni öldürülmədi. Bu, Azərbaycan əsgəri ilə erməni hərbçilərin fərqi idi.

Biz bir erməni uşağı öldürməmişik, bir erməni anası və ya qocası tərəfimizdən bombalanmayıb, hətta Kəlbəcəri tərk etmələri üçün onlara möhlət veriləndə biz humanizm göstərdik, onlar isə hikkə... Evləri yandırdılar, yaşıllıqları məhv etdilər. Kəlbəcər işğal ediləndə isə terrorçu Monte Melkonyan atəş açırdı, mülki əhalini hədəf seçirdi. 

Biz 44 günlük savaşda düşmənin terrorçu və cani maskasını bir daha cırdıq, dünyaya sübut etdik ki, araiklər, balasanyanlar, ohanyanlar insanlıq düşmənidirlər, qatildirlər, sülh və insanlıq əleyhinə yetişiblər. Əgər belə olmasaydı, dinc və silahsız insanların gecə yatdığı yerdə Gəncədə evini bombalamazdılar, körpələrin həyatına qıymazdılar, Bərdənin mərkəzini terror etməzdilər. Onlarla müharibə cinayətləri də bu qəbildən idi. Azərbaycanlı əsgərlərlə davranışları, girovlara qarşı qəddarlıqları, beynəlxalq konvensiyanı pozaraq hərbi cinayətlərə yol vermələri göz qabağındadır. Düşmən tərəfindən Azərbaycanın mülki şəxslərinin yaşadığı zonalara ağ fosfor ifraz edən mərmilərin atılması, kasset bombalarından istifadə, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus olan əmlakın talan və ya bütünlüklə məhv edilməsi faktları qeydə alınıb.

Qadağan olunmuş silahların digər nümunəsi olan kassetli silahlardır ki, bu silahların əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi “Beynəlxalq Kassetli silahlar üzrə Konvensiya”da qadağan edilib. Bu silahlar da ermənilər tərəfindən Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı istifadə edilərək kütləvi itkilərə səbəb olub.

Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəsi erməni canilərinə bir ömürlük öldürücü zərbə oldu. Bundan sonra özlərinə gəlmələri çətin mümkün olsun. Ancaq Azərbaycan Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq işini davam etdirməlidir. İstər işğaldan azad edilən ərazilərimizdə ermənilərin 30 illik vəhşiliyini, istərsə 44 günlük müharibədə törədikləri terrorları dünya birliyinə çatdırmaq üçün diasporlar, təşkilatlar fəal olmalıdırlar. Bəs bu gün ermənilərin törətdiyi cinayətlərin beynəlxalq səviyyədə çatdırılması üçün lazımi qədər iş görə bilmişikmi? Üstəlik, beynəlxalq müstəvidə məsuliyyətə cəlbetmə, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində öz əksini tapıb. Bu baxımdan, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilərmi?

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - "İki sahil"

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, bu istiqamətdə çox iş görmək lazımdır. Onun fikrincə, prosesə beynəlxalq hüquq üzrə dünyanın ən yaxşı mütəxəssislərini cəlb etməliyik: “Azərbaycanın əlində kifayət qədər faktları var. Ermənilərin etdiyi vandalizm, törədiyi cinayətlər, o cümlədən hərbi cinayətlər, mədəni irsin dağıdılması ilə bağlı işlər aparılmalıdır. Bu məsələlər daim gündəmdə saxlanmalıdır”.

A.Mollazadə hesab edir ki, ən yüksək səviyyəli hüquqşünasları işə cəlb etməliyik: “Həm vurulan ziyanla bağlı təzminatın tələb olunması, həm erməni hərbi cinayətkarlarının mühakimə edilməsi üzrə iş aparılmalıdır”. Deputatın sözlərinə görə, Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə fərqli istiqamətlər üzrə məsuliyyətə cəlb oluna bilər. A.Mollazadə bu yöndə işlərin sürətləndirilməsini vacib hesab edir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Baş Prokurorluğun məlumatına əsasən, ümumilikdə 27 sentyabr - 10 noyabr tarixləri arasında Ermənistanın Azərbaycan ərazisinə etdiyi raket hücumları nəticəsində 93 dinc sakini həyatını itirib, 410 mülki şəxs yaralanıb.

 

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI