“Milan görüşündən müsbət irəliləyiş gözləmək sadəlövlük olar”

17:33 22-11-2018 | icon 432 | Siyasət
“Milan görüşündən müsbət irəliləyiş gözləmək sadəlövlük olar”

 

Fuad Əliyev: “Belə bir vaxtda orada Qarabağla bağlı hər hansı fikir dəyişikliyi olacağını düşünmürəm”

 

 

“Rusiyanın ATƏT-in Xarici işlər Nazirləri Şurasının iclası çərçivəsində Milanda keçirilməsi nəzərdə tutulan Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşünü alqışlaması, konstruktiv olacağı ilə bağlı fikirləri diplomatik ifadələrdən başqa bir şey deyil”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın açıqlamasını şərh edərkən bildirib. Onun sözlərinə görə, Milan görüşündən hansısa müsbət nəticəni, irəliləyişi gözləmək sadəlövlük olar.

 

F.Əliyev bildirib ki, hazırda Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır və bütün diqqət seçkilərə yönəlib:

 

“Belə bir vaxtda orada Qarabağla bağlı hər hansı fikir dəyişikliyinin olacağını düşünmürəm. Görüş Moskvada keçirildiyi təqdirdə Mariya Zaxarovanın fikirlərinə inanmaq olardı. Çünki Moskva regionda əsas güc sahibi olduğunu göstərmək üçün Ermənistana təzyiq edib nəyəsə nail ola bilər. Amma hələ ki, bu baş vermir. Ona görə də hesab edirəm ki, bu, ənənəvi bir diplomatik gedişdir. Hər bir görüşdən sonra danışıqların bir addım qabağa gedildiyi söylənir”.

 

O ki, qaldı, girovların dəyişdirilməsi ilə bağlı məsələyə, ALDP sədri Paşinyanın buna açıq şəklidə etiraz etdiyini önə çəkib və işğalçıya beynəlxalq təsir olmadan onun konstruktiv mövqeyə gətirilməsini inanılmaz sayıb.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir