Növbəti iqtidar-müxalifət görüşü başlayır

17:17 07-09-2021 | icon 648 | Siyasət
Növbəti iqtidar-müxalifət görüşü başlayır

"Siyasi demaqoqluqla, umu-küsülülüklə hara gedə biləcəyik"

 

Siyasi partiyalar, iqtidarlı, müxalifətli yenidən toplaşacaq.  Cümə axşamı baş tutacaq dialoqda nələrin müzakirə ediləcəyi açıqlanmayıb. İqtidar və müxalifət dialoqu onlayn formatda baş tutmalıdır.  Partiyalar iqtidar-müxalifət dialoquna hazırdırmı, yaxud dəvət gəlibmi?

 

Versus.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında bildirib ki, dialoq bu həftənin cümə axşamı  keçiriləcək.

 

Onun sözlərinə görə, bu görüşlə Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir müstəviyə qalxmasını, Azərbaycanda siyasi islahatların başlanmasını gözləyirik. S.Cəlaloğlu bildirib ki, dialoq zamanı reallıqların bu gözləntilərə cavab verəcəyini əvvəlcədən deyə bilməz.

 

ALDP sədri Fuad Əliyev bildirib ki, partiya sədri olaraq görüşə dəvət alıb.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra belə bir görüşün keçirilməsi zəruridir.

F.Əliyev regionda və ölkə daxilində gedən proseslərə diqqət çəkərək, belə bir gərgin vəziyyətdən çıxmaq üçün iqtidarla müxalifətin birgə müzakirələr aparmasına ehtiyac olduğunu deyib.

 

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, iqtidar-müxalifət görüşünə dəvət almayıblar. Onun sözlərinə görə, partiya əvvəlcədən bu prosesdə iştirak etməyib və iştirak etmək fikirləri də yoxdur.

A.Hacılı hesab edir ki, bu toplantının iqtidar-müxalifət görüşləri adlandırılması real situasiyanı əks etdirmir. Onun sözlərinə görə, orda iqtidar yandaşı olan partiyalar əksəriyyət təşkil edir. Hətta o görüşlərdə Yeni Azərbaycan Partiyası da təmsil olunursa, onu iqtidar-müxalifət dialoqu adlandırmaq mümkün deyil.

 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də sözügedən konfransa dəvət aldığını bildirib. O, konfransın kim tərəfindən aparılacağını, mövzunun nə olacağını bilməsə də, tədbirin barışıq müstəvisində keçirilməsini arzu etdi. Partiya sədri ölkədə vəziyyətin ağırlığına diqqət çəkərək, siyasi partiyaların birlik şəklində fəaliyyət göstəməsinin önəmini vurğulayıb:

 

"Ölkədə ciddi proseslər gedir. Xaricdən müəyyən qüvvələr Azərbaycanda İnqilab Komitəsinin yaradılmasını təklif edirlər. Ölkəmizdə də bu təşəbbüsə qoşulmaq istəyənlər var. Arzu edərdim ki, bu məsələlərin hamısı aradan qaldırılsın. Partiya sədrləri ilə təkcə onlayn yox, başqa formalarda da görüşlər təşkil edilsin. Çünki hər bir partiyada 10 minlərlə insan fəaliyyət göstərir. Biz siyasi demaqoqluqla, umu-küsülülüklə hara gedə biləcəyik. Bu ağır vəziyyətdə gərək ölkəyə dayaq olaq. Təəssüf ki, biz barış əlimizi uzatsaq da, əllərimiz havada qalıb. İatərdim ki, konfransda bu məsələlər müzakirə olunsun. Yoxsa ki, bir özü olan partiya sədrlərini koperativlər kimi ora yığıb heç nəyə nail olmaq olmaz".

 

H.Hacıyev bəzi müxalifət sədrlərinin bu cür toplantılara qarşı çııxışlarını yanlış hesab etdi. Konkret olaraq Müsavat və AXCP-nin belə tədbirlərdə iştirakdan imtinasını ümumi işin ziyanına işlədiyini dedi.

 

AMİP sədri Arzuxan Əlizadə iqtidarla-müxalifətin sentyabrın 9-da keçiriləcək onlayn müzakirələrinə dəvət aldığını deyib.

O, bildirib ki, bu cür tədbirlər onlayın keçirilsə də önəmi böyükdür. Çatışmazlıqlarla bağlı zaman-zaman fikirlər bildirdiklərini və  bu cür təmaslarla çıxış etmək və müzakirə etmək imkanlarının yarandığını deyib. A.Əlizadə A.Hacılının belə görüşləri iqtidar-müxalifət dialoqu adlandırmamasını və görüşə iqtidarın “yandaşlarının” dəvət olunması ilə bağlı fikirlərini yanlış hesab edib:

 

“Təəssüflər olsun ki, uzun müddət ərzində ana müxalifət adına yersiz iddialar ortaya qoyulub. İstər Müsavat Partiyası, istərsə də digər qurumlar tərəfindən belə iddialar olub. Bu müddət ərzində müxalifət adını monopoliyaya almaq cəhdləri olub. Müxtəlif imkanlardan və hakimiyyətlə özlərinin vaxtilə olan çox yaxın münasibətlərindən, gizli danışıqlarından istifadə edərək bu cür fon yaradıblar. Bu gün özləri proseslərdən kənarda qalırlar deyə, digərlərinə çamur atmaqla məşğuldurlar. Bu cür fikirləri olduqca yersiz hesab edirəm. Görüş, qarşılıqlı təmas olmadan  qarşı tərəfin məsələyə münasibəti necə ola bilər. Təbii ki, mütləq müzakirələr, görüşlər olmalıdır ki, problemlər həll edilsin. Yoxsa kənardan durub bu cür söz atmaqla, görüşlərdə iştirakdan imtina etməklə, şərtlər qoymaqla heç nəyə nail olmaq olmaz, uşaq oyunu kimi bir şeydir”.

 

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, iqtidarla-müxalifət arasında hansısa görüş, dialoq  olmayacaq.

Onda olan məlumata görə  bu onlayın konfransdır və bu konfransı da görüş adlandırmaq düzgün deyil. Qeyd edək ki, Pənah Hüseyn də həmin müzakirələrə dəvət almayıb. (Hafta.az)

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi