Bu kənddə koronavirus yoxdur
Türkiyənin Amasya vilayətinin Göypınar kəndində indiyədək koronavirusa yoluxma halı qeydə alınmayıb.
Buna baxmayaraq, 32 evi və 50 nəfər sakini olan yaşayış məntəqəsinda maska, sosial məsafə və gigiyena qaydalarına daim riayət edirlər.
Artıq kənd sakinlərinin 87%-nin vaksinasiyası başa çatıb. Onlardan bəziləri isə peyvəndin 3-cü dozasını da vurdurub.
Yerli camaat ölümcül virusun onlardan yan keçməsini kəndin gözəl havası və qaydalara riayət olunmasıyla əlaqələndirir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"